ADP sədri AXCP ilə Müsavatı ittiham etdi: “...casus ovuna başlayırlar”
Tarix: 17-07-2019 17:48 | Bölmə: Slayd
ADP sədri AXCP ilə Müsavatı ittiham etdi: “...casus ovuna başlayırlar”

Son dövrlər müxalifətdaxili qarşıdurma meylləri daha da artıb. Hakimiyyət əleyhdarları yeni birliklər formalaşdırmağa cəhd etsələr də, daxili çəkişmələr nəticəsində daxili intriqalar daha da dərinləşib.

Reyting.az
-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, uzun illər Azərbaycanda aparılmış siyasət nəticə vermədiyi üçün müxalifətçilər təqsiri bir-birlərində axtarmağa başlayıblar. Onun sözlərinə görə, bu nəticəsizlik müxalifət nümayəndələrində nailiyyətsizlik sindromunun yaranmasına səbəb olub: “Həmin sindromun birinci əlaməti öz yaxınlarına qarşı hücuma keçməkdir. Bu gün Müsavatın AXCP-yə, AXCP-nin də Müsavata olan mənfi münasibəti ikisinin bir yerdə hakimiyyətə olan mənfi münasibəti qədər deyil. Çünki AXCP ilə Müsavat ağır nailiyyətsilik sindromu yaşayır. Beləliklə də müxalifətçilər günahı iqtidarda yox, bir-birlərində axtarırlar. Bir-birlərinin komandasında xəyanətkar, casus ovuna başlayırlar. Siyasi platforması yumşaq olan, iqtidarla münasibətləri normallaşdıran, dialoqa getmək istəyən müxalifət qüvvəsini dərhal xain elan edirlər. Bununla da öz nailiyyətsizlik sindromlarını ört-basdır etməyə çalışırlar”.

ADP sədri vurğulayıb ki, adını çəkdiyi müxalif qüvvələr uzun müddət bu sahədə nailiyyətsizlik yaşadıqları üçün kompleksə düşürlər. “Sonra da naliyyətsizlik sindromunun təsiri altında öz müttəfiqlərini ittiham edir, öz partiyadaşlarını başqa qüvvələrdən izoliyasiya etməyə çalışır, özünü onlardan kənarlaşdırmağa səy göstərirlər.

AXCP ilə Müsavat hakimiyyətdə olub. Onlarda nailiyyətsizlik sindromu həm də hakimiyyəti saxlamamaqla bağlıdır. Yəni, onlarda həmin sindrom ikiqat güclüdür. Həmin sindrom müəyyən mənada bizdə də var. Mən seçkilərdə iştirak eləmişəm, qələbəm tanınmayıb, hüquqlarım pozulub. Lakin biz bunu kompensasiya eləmək üçün başqa vasitələr tapırıq. Amma elə liderlər var ki, azlıqda qalmaq, kiçilmək kompleksini yaşayırlar. Onlar kiçilməyin yaradacağı diskomfortdan qorxur, həqiqəti inkar edirlər”, - deyə S. Cəlaloğlu iqtidar əleyhdarlarını ittiham edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}