Türk ordusunun “Sülh bulağı” əməliyyatının detalları açıqlanıb - Toplantı
Tarix: 11-10-2019 13:21 | Bölmə: Slayd
Türk ordusunun “Sülh bulağı” əməliyyatının detalları açıqlanıb

Türkiyənin Suriya ərazilərində həyata keçirdiyi “Sülh bulağı” hərbi əməliyyatının birinci mərhələsi 10 gün ərzində başa çatdırılacaq. Bu mərhələdə YPG terror təşkilatına lojistik dəstəyi təmin edən “M-4” avtomobil yolu Türk ordusunun nəzarətinə keçəcək.

Reyting.az
xəbər verir ki, “Sülh bulağı” əməliyyatının strateji tərəfləri Prezident Ərdoğanın iştirakı ilə “Sülh bulağı əməliyyatının Koordinasiya toplantısında müzakirə edilib.

Prezident Ərdoğan əməliyyatda iştirak edən generallara hər mərhələdə mülki insanlara zərər verilməməsi haqda qəti göstəriş verib.

Toplantıda əməliyyatın sürətlə davam etdiriləcəyi və 10 gün içərisində birinci mərhələnin başa çatdırılması hədəf kimi qoyulub. Bu çərçivədə türk ordusu Suriya içərilərinə doğru 32 kilometr irəliləyəcək, YPG-yə lojistik dəstəyi təmin edən Suriya-İraq sərhəddindəki M-4 avtomobil magistralına nəzarət ələ keçiriləcək.

Üç mərhələdən ibarət olacaq əməliyyatın ikinci mərhələsində nəzarət altına alınacaq bölgələrdə bir tərəfdən ərazilərin minalardan təmizlənməsi, digər tərəfdən mülki əhalinin həyatlarını davam etdirəcəyi şəkildə təhlükəsizlik şəraitinin yaradılması olacaq.

Əməliyyatın üçüncü mərhələsində “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarında olduğu kimi Suriya vətəndaşlarının normal həyatı davam etdirməsi üçün səhiyyə xidmətlərindən tutmuş ərzaqla təminata qədər bütün addımlar atılacaq.

Sözügedən toplantıda əməliyyatla bağlı beynəlxalq aləmin reaksiyası da müzakirə edilib. Qərara alınıb ki, əməliyyata etiraz edən ölkələrə Türkiyənin bu addımı nə üçün atdığı əsaslandırılan formada təqdim ediləcək, habelə xarici jurnalistlər əməliyyatla bağlı mütəmadi məlumatlandırılacaq.

Türkiyə dünyaya “Biz torpaq əldə etmək üçün deyil, təhlükəsizlik üçün Suriyaya daxil olduq. Bunu təmin etdikdən sonra türk ordusu ölkəyə geri dönəcək. Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq”,- mesajı veriləcək.

NATO-dan əməliyyatla bağlı “Türkiyənin təhlükəsizlik qayğıları nəzərə alınmalıdır və bu onun haqqıdır”, - açıqlamasına diqqət çəkən toplantıda ifadə edilib ki, bir sıra xarici ölkələrin dediyindən daha çox NATO-nun mövqeyi önəmlidir.

Toplantıda həmçinin YPG terror təşkilatının atacağı addımlarla bağlı məsələlər ortaya qoyulub. Qeyd edilib ki, əməliyyat başladığı gündən indiyə qədər YPG-nin qarşıdurmaya getməməsi və geri çəkilməsi taktiki addımlardır. Əlavə olunub ki, əməliyyatların yaşayış məskənlərinə keçəcəyi halda YPG əks hücumlara satart verəcək, bu mərhələdə daha çox müqavimət göstərməyə çalışacaq. Amma bu riskə qarşı türk ordusunun plan və hazırlıqları da başa çatdırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər