Ərdoğan Şimali Kiprin prezidentini hədələdi: "Bu, hədsizlikdir, cavabını alacaq"
Tarix: 13-10-2019 20:56 | Bölmə: Slayd
Ərdoğan Şimali Kiprin prezidentini hədələdi: "Bu, hədsizlikdir, cavabını alacaq"

Türkiyə Prezidenti Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncının "Barış Pınarı" əməliyyatı ilə bağlı gözlənilməz açıqlamasına sərt reaksiya verib.

Reyting.az
xəbər verir ki, Ərdoğan bu gün Dolmabaxçadakı iqamətgahında jurnalistlərlə görüşündə Mustafa Akıncıya sərt xəbərdarlıq edib: "Bu, tamamilə hədsizlikdir, həddini bilməməkdir. Hazırda Şimali Kipr Türk Respublikasının dövlət olaraq mübarizəsini bizdən başqa aparan varmı? Yox! Bizdən başqa mücadilə aparan olmadığı halda, elə bir yerə sürüşür ki, səbrlə yeri gələndə, bizdən də gərəkli cavabı alacaq".

Ərdoğan bildirib ki, Akıncı belə bir mövqedə, belə bir açıqlama verə bilməz: "Oturduğu vəzifə öz gücü ilə əldə edilmiş vəzifə deyil. O vəzifə Türkiyənin gücü ilə verilmiş bir vəzifədir. Bunu niyə deyirəm? Çünki bizdən başqa "Kipr Türk Respublikası" deyən varmı? Yox. Təkrar edirəm, biz nəyin mübarizəsini aparırıq, bu bəyəfəndi nəyin? Keçmişin qalıqları ilə oynayır. İnanıram ki, kiprli soydaşlarımız ona ən qısa zamanda gərəkli cavabı verəcək".

Xatırladaq ki, Mustafa Akıncı sosial şəbəkədəki hesabında "Barış Pınarı" əməliyyatı ilə 1974-dəki "Kipr Barış" hərəkatını tənqid edərək, yazıb: "Daha əvvəl də dedim: 1974-də biz adına "Barış Hərəkatı" desək ddə, bu, bir savaşdı, axan qandı. İndi də "Barış Pınarı" desək də, axan su deyil, qandır. Bu səbəblə bir an əvvəl dialoq və diplomatiya dövriyyəyə girməlidir".




Bölməyə aid digər xəbərlər