Yadigar Sadıqlı Arif Hacılıya səsləndi: “Müsavatı daha 4 il uçuruma aparacaqsınız”
Tarix: 14-10-2019 10:12 | Bölmə: Slayd
Yadigar Sadıqlı Arif Hacılıya səsləndi: “Müsavatı daha 4 il uçuruma aparacaqsınız”

Müsavat Partiyasının dünən keçirilən IX Qurultayında maraqlı anlar yaşanıb.

Reyting.az
xəbər verir ki, başqanlığa namizəd olan Yadigar Sadıqlı rəqibi Arif Hacılının qələbəsi elan olunduqdan sonra qurultay keçirilən zalı tərk edib və yenidən başqan seçilən əvvəlki başqanı təbrik etməyib.

Yadigar Sadıqlının Arif Hacılını təbrik etməməsi sosial şəbəkələrdə də onu tənqid hədəfinə çevirib.

Yadigar Sadıqlı isə bildirib ki, Arif Hacılını təbrik etmir: “Mənim o qədər zəhmət çəkdiyim partiyanı məhv etmək səlahiyyəti qazananları təbrik etmək içimindən gəlmir”.

Y. Sadıqlı sosial şəbəkədə onu məzəmmət edənlərə sual da ünvanlayıb:

“Niyə təbrik etməliydim? Təbrik edim ki, Müsavatı daha 4 il uçuruma aparmaq səlahiyyəti qazanmısınız?”

O, əlavə edib ki, kim uçuruma gedirsə, özü bilər: “Mənim təbrik borcum yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər