Avropa ölkələri Türkiyəyə qarşı qərar verdi
Tarix: 14-10-2019 13:21 | Bölmə: Slayd
Avropa ölkələri Türkiyəyə qarşı qərar verdi

Türkiyənin Suriyanın şimalında başlatdığı “Sülh Bulağı” əməliyyatı ilə Ankaraya silah satışını təxirə salan ölkələrin sayı 5-ə çatıb.

Reyting.az
“Euronews”-a istinadla xəbər verir ki, Finlandiya və Norveç Türkiyəyə silah ixracatını dayandırma qərarı verən ilk ölkələr olub.

Norveçin xarici işlər naziri İne Eriksen Soreyde bildirib ki, vəziyyətin mürəkkəbliyi və sürətli dəyişiklik aşkar olduğundan XİN, ehtiyat tədbir olaraq, Türkiyənin müdafiə vəsaitləri tələblərini qarşılamayacaq.

Finlandiyanın müdafiə naziri Antti Kaykkonen isə “Twitter”-də yazıb:

“Finlandiya müharibə edən və insan haqlarını pozan ölkələrə müdafiə materialları satmayacaq".

Niderland Xarici İşlər Nazirliyi isə Türkiyəyə hərbi əməliyyatları dayandırmaq çağırışı edərək, bu ölkəyə hərbi məhsulların ixracatını dayandırmaq qərarı verdiyini açıqlayıb.

Baş nazirin müavini H. Yonq isə bu gün Avropa İttifaqı (Aİ) Xarici işlər nazirləri konfransında Hollandiya xarici işlər naziri Stef Blokun Türkiyəyə sanksiya tətbiq olunması çağırışı edəcəyini bildirib.

İsveç xarici işlər naziri Ann Linde ölkəsinin "Aİ-nin silah embarqosu qərarı" üçün səy göstərəcəyini açıqlayıb.

Türkiyəyə sanksiya bu həftənin Cümə axşamı, Brüsseldə bir araya gələcək üzv dövlətlərin dövlət və hökumət başçılarının görüşündə də elan olunacaq.

Almaniya ilə Fransa artıq Türkiyəyə silah satışını təxirə saldıqlarını bildirib.

Bu ölkələr Türkiyəyə nə qədər silah satırdı?

2018-ci ildə Finlandiya bütün ölkələrə cəmi 128 milyon avroluq silah ixrac edib. Türkiyəyə təxminən 17 milyon avro dəyərində hərbi təchizat satılıb.

Norveç isə 2018-ci ildə Türkiyəyə təxminən 6 milyon avro dəyərində silah satışı reallaşdırıb.

Almaniya Türkiyəyə 243 milyon avro dəyərində silah ixrac edib. Bu, Almaniyanın ümumi silah satışının üçdə birinə bərabərdir.

Fransa 2018-ci ildə Türkiyəyə 45,1 milyon avro dəyərində silah ixrac edib. Son 10 ildə ümumən Türkiyəyə 594 milyon avro dəyərində silah ixrac olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər