ABŞ atom silahlarını Türkiyədən çıxarmaq istəyir
Tarix: 15-10-2019 12:58 | Bölmə: Slayd
ABŞ atom silahlarını Türkiyədən çıxarmaq istəyir

Vaşinqton və Ankara arasındakı gərginliyin artması ilə ABŞ-ın nüvə başlıqlı silahları Türkiyədən çıxarmaq ehtimalı var.

Reyting.az
“New York Times”-a istinadla xəbər verir ki, Dövlət Departamenti və Energetika Nazirliyi keçən həftə təxminən iki taktiki nüvə başlığını İncirlik hərbi bazasından çıxarmaq planlarını nəzərdən keçiriblər.

“New York Times” ABŞ-ın iki rəsmisinə istinad edib. Onlardan biri atom başlıqlarını “Ankaranın girovu" adlandırıb.

“Onların İncirlikdən çıxarılması əslində Türkiyə-ABŞ müttəfiqliyinin sonuna işarədir”, - anonim rəsmi bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər