Həbsxanadan çıxmış türk generalı: Acartürk terrorçularla döyüşə öndə gedir - Fotolar
Tarix: 16-10-2019 14:44 | Bölmə: Slayd
Həbsxanadan çıxmış türk generalı: Acartürk terrorçularla döyüşə öndə gedir

“Sülh çeşməsi” əməliyyatı başladıqda sərhəddi keçərək PKK/YPG terrorçularının üzərinə ilk gedənlərdən biri Türk Silahlı Qüvvələrinin (TSK) generalı İdris Acartürkün komandanlıq etdiyi VII Sakariya briqadasıdır.

Reyting.az
Türkiyənin ən istedadlı generallarından olan İdris Acartürklə bağlı maraqlı məlumatı təqdim edir:

Həbsxanadan çıxmış türk generalı: Acartürk terrorçularla döyüşə öndə gedir

General 2012-ci ilin 10 may tarixində Sakaryanın Sapanca qəsəbəsində biznesmen Bilgin Özqaynağın evində olarkən keçirilən əməliyyat nəticəsində həbs edilib. 2012-ci ildə polkovnik rütbəsində olan və növbəti ilə general rütbəsi alacaq Acartürk 49 nüfuzlu zabitlə birlikdə məhkəmə önünə çıxarılıb. Bu hadisə Türkiyə tarixinə “İzmir hərbi casusluq məhkəməsi” kimi düşüb.

Məlumata görə, Özqaynağın evində tapılan harddiskdə Pandro adlı bazanın olduğu müəyyən edilib. Bu bazadakı informasiyalar hərbçilərin ittiham edilməsinə əsas olub. Həmin informasiyalara görə, Acartürk düşməni Atmaca və Fırtına adlı hərbi informasiyalarla təmin edirmiş.

Beləcə, polkovnik İdris Acartürk 7 il əvvəl “hərbi casusluq”, “məxfi hərbi sirləri ələ keçirmək” iddiası ilə həbs edilir, 20 ay həbsxanada yatmalı olur. Sonradan bəlli olur ki, bütün bu ssenarilər FETÖ terror təşkilatının quramalarıdır. Hətta İzmir məhkəməsində irəli sürülən dəlillərin yetərli olmaması ortaya çıxsa da, Acartürk həbsdə qalmalı olur.

Həbsxanadan çıxmış türk generalı: Acartürk terrorçularla döyüşə öndə gedir

Baxmayaraq ki, həmin ağır günlərdə Acartürkün xanımı Sevda Acartürk parlamentdə deputatlara görüşərək bu iddiaların yalan olduğunu, qızı Pelin Acartürk isə türk media quruluşlarına məktublar yazaraq atasının Türkiyə əleyhinə heç vaxt addım atmadığını qeyd edirdi. Amma bunların 20 ay müddətində heç bir nəticəsi olmadı.

Əslində, bütün bunların bir “tələ”, türk ordusunda gerçək vətənpərvər və dövlətçi şəxslərin aradan götrülməsi ssenarisi olduğu və bunun FETÖ tərəfindən hazırlandığı ortaya çıxdıqdan, Acartürkü ittiham edən prokuror və hakimlərin də FETÖ-çü olduğu müəyyən edildikdən sonra polkovnikə əvvəl bəraət verilir, daha sonra ondan türk ordusuna geri dönməsi istənilir.

Türk Silahlı Qüvvələrinə qayıdan İdris Acartürk iki ildən sonra general-mayor rütbəsi ilə təltif olunur, bir il sonra Sakaryadakı özəl qüvvələrin briqada komandanı təyin edilir.

Həbsxanadan çıxmış türk generalı: Acartürk terrorçularla döyüşə öndə gedir

General Acartürkün komandanı olduğu VII briqada 3 ay əvvəl Şanlıurfaya - Suriya ilə sərhəddə yerləşdirilir. Beləcə, “Sülh çeşməsi” əməliyyatından 3 ay əvvəl general Acartürkün komandası artıq Suriya ilə sərhəddə əməliyyat əmrini gözləyən ilk briqada olur. 8 gün əvvəl başlanan “Sülh çeşməsi” əməliyyatına əmr verildikdə sərhədi keçərək PKK/YPG terrorçularının üzərinə gedən ilk general da İdris Acartürk olur.

Reyting.az





Bölməyə aid digər xəbərlər