17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Milli Məclis parlamentin buraxılması üçün Prezidentə müraciət etdi - Səsvermə
Tarix: 02-12-2019 13:58 | Bölmə: Siyasət
Milli Məclis parlamentin buraxılması üçün Prezidentə müraciət etdi

Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.

Reyting.az
xəbər verir ki, layihəni MM sədrinin müavini Bahar Muradova deputatların diqqətinə çatdırıb.

Qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib. Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib.

Bir deputat isə səsvermədə iştirak etməyib.

Səsvermədən sonra spiker Oqtay əsədov deyib ki, Milli Məclisin dekabrın 3-də keçiriləcək plenar iclası V çağırış üçün sonuncu iclası ola bilər.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}