13:15 / 19-03-2024
ABŞ Putini təbrik etməyəcək
13:08 / 19-03-2024
“Ulduz”un yanvar sayı çap olunub - Foto
12:56 / 19-03-2024
Qazaxıstan və Türkiyə Xəzər dənizi ilə bağlı mühüm müzakirə aparıb
12:50 / 19-03-2024
Türkiyə kəşfiyyatı İraqda daha bir PKK liderini zərərsizləşdirib
12:42 / 19-03-2024
Moldovada Avropa İttifaqına üzvlüklə bağlı referendum keçiriləcək
12:26 / 19-03-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:24 / 19-03-2024
İsrail və HƏMAS Dohada atəşkəsi müzakirə edir
12:14 / 19-03-2024
Avropada NATO-nun ən böyük hərbi bazası qurulur
12:14 / 19-03-2024
Jurnalistin anasının ölüm faktı araşdırılır
12:07 / 19-03-2024
Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb
11:43 / 19-03-2024
Rusiya Sumıdan yeni hücuma başlaya bilər
11:19 / 19-03-2024
Güclü maqnit qasırğası olacaq
11:13 / 19-03-2024
Pakistanda zəlzələ baş verib
11:08 / 19-03-2024
Mask yenə Baydeni tənqid edib
11:06 / 19-03-2024
Mehriban Əliyeva xalqı təbrik edib - Foto
11:04 / 19-03-2024
Tramp: “Ramasvamidən vitse-prezident də olmaz”
11:00 / 19-03-2024
"AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur"
10:59 / 19-03-2024
Hakan Fidan: “Lavrovla dialoq alınır”
10:54 / 19-03-2024
Ukrayna Krıma zərbələr endirsin!
10:37 / 19-03-2024
İsrail Rəfaha hücum edib: 14 fələstinli həyatını itirib
10:30 / 19-03-2024
Paşinyan: "Azərbaycanla delimitasiya prosesi praktiki mərhələyə qədəm qoyur"
10:20 / 19-03-2024
Xankəndidə yenə silah-sursat aşkarlanıb
10:07 / 19-03-2024
FHN Novruz bayramı ilə bağlı xəbərdarlıq edib
09:54 / 19-03-2024
Türkiyədə terrora hazırlaşan suriyalılar saxlanılıb
09:38 / 19-03-2024
Bakıda daha bir nəfər dəm qazından ölüb
00:07 / 19-03-2024
Azərbaycanda Novruz bayramı qeyd olunur
23:26 / 18-03-2024
Doğru seçim - Hikmət Sabiroğlu yazır
23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
23:00 / 18-03-2024
Rusiya Almaniyanı soyqırımda ittiham edir
22:45 / 18-03-2024
Ramazanın 9-cü günü: imsak və iftar vaxtları
16:40 / 14-03-2024
XI Qlobal Bakı Forumu işə başlayıb - İlham Əliyev tədbirdə çıxış edib (Tam mətn) - Fotolar (Yenilənib)
23:57 / 14-03-2024
Fransada ələ keçən 8659 əsər Türkiyəyə qaytarılacaq - Fotolar
23:47 / 14-03-2024
Dəhşətli statistika: dünyadakı narkomanların təxmini sayı açıqlanıb
18:01 / 16-03-2024
Xl Qlobal Bakı Forumu başa çatıb - (Yenilənib)
01:18 / 16-03-2024
Rusiyaya qarşı yeni koalisiya yaradılıb
16:47 / 16-03-2024
Xocalıda kütləvi məzarlıq: 8-nin şəxsiyyəti müəyyən edilib (Fotolar)
16:00 / 14-03-2024
Vergi işçilərinin aylıq əməkhaqları nə qədər artırılıb? - Açıqlama
19:32 / 14-03-2024
Baş nazir taksi sürücüləri ilə bağlı qərar verib
18:00 / 14-03-2024
Magistraturaya qəbul imtahanlarının yekun nəticələri açıqlanıb
23:43 / 14-03-2024
Avropa Liqası: "Bayer 04" və "Qarabağ"ın start heyətləri müəyyənləşib
16:16 / 15-03-2024
Məhkəmə “Toplum TV”-nin həbsdəki əməkdaşları ilə bağlı qərar verib
20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi - Fotolar
Tarix: 18-01-2020 13:02 | Bölmə: Slayd
Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar” və ya sadəcə “20 Yanvar” faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 30 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasina divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi haqqında məlumat əhaliyə elan olunanadək hərbçilər gecə ərzində Bakıda 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə - yanvarın 20-də və sonrakı günlər şəhərdə daha 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda da – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda 8 nəfər dinc sakin qətlə yetirilmişdir.
Həmin hadisələrdən bizi cəmi 30 illik qısa bir tarix ayırır. Bu qısa tarix çərçivəsində ölkəmiz müstəqillik qazanmış, xalqımız özünün müstəqil dövlətini qurmuş və böyük inkişaf yolu keçərək dünya ölkələri sırasında özünəməxsus şərəfli yer tutmuşdur. Bu müddətdə amansız qətliam nəticəsində dünyasını dəyişən oğul və qızlarımızın xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuş, hər il insanlar kütləvi şəkildə Şəhidlər xiyabanına axın edərək azadlıq və müstəqillik yolunda canını fəda etmiş qəhrəman şəhidlərimizi ehtiramla yad etmişdir. Azərbaycan xalqının 20 Yanvar şəhidlərinə göstərdiyi belə diqqət və ehtiram, şübhəsiz, onun mübariz və qəhrəman ruhunun, milli heysiyyətinin təzahürüdür, ancaq onu da etiraf etmək lazımdır ki, bu məsələdə dövlətimizin apardığı ədalətli və düzgün siyasətin rolu da danılmazdır. Azərbaycan dövləti 1993-cü ildən başlayaraq 20 Yanvar hadisəsinə, onun tarixi və ictimai-siyasi mahiyyətinə daim xüsusi önəm vermiş, Yanvar şəhidlərinin xatirəsini uca tutmaqla onların xüsusi statusunu diqqətdə saxlamış, şəhidlərin ailələrinə və yaxınlarına həmişə qayğı göstərmişdir.
Otuz il tarixdə az müddət deyil. 1990-cı ildə və ondan sonra dünyaya göz açmış insanlar bu gün artıq ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edir, bilavasitə şahidlik etmədikləri “Qanlı Yanvar” hadisələri haqqında dərsliklərdən, kitablardan məlumat alır, bu barədə xronikalara və filmlərə baxmaqla milli yaddaşlarını formalaşdırırlar. Ancaq eyni zamanda, otuz ili çox böyük bir zaman kəsimi hesab etmək də olmaz, çünki o hadisələri öz gözləri ilə görən, onlara canlı şahid olan, həmin vaxt cərəyan edən ictimai-siyasi proseslərdə fəallıq göstərən bir çox insanlar hələ də həyatdadırlar və hər şeyi yaxşı xatırlayırlar. Ancaq bunun fərqi yoxdur: həqiqəti gözlə də görmək olar, ağızlardan eşitmək də, kitablardan oxumaq da. Eyni zamanda, həqiqətə qarşı kor və kar davranmaq da.
20 Yanvar hadisələrinin sonrakı təhlili göstərdi ki, 1988-ci ildən Azərbaycan cəmiyyətində SSRİ rəhbərliyinin, xüsusən də M.Qorbaçovun Dağlıq Qarabağda başlanan erməni separatizmini dəstəkləməsinə və yürütdüyü ermənipərəst siyasətə qarşı ciddi narazılıq yetişməkdə idi. Bu narazılıq fonunda, elə meydanlarda - mitinqlərin gedişi zamanı Azərbaycan Xalq Cəbhəsi (AXC) adlı hərəkat yaranmış, sonrakı illərdə tədricən formalaşdırılaraq vahid bir quruma çevrilmişdi. AXC sonrakı mərhələdə getdikcə genişlənən xalq hərəkatına rəhbərliyi öz əlinə almış və onu idarə etməyə çalışmışdır. Xalq hərəkatı ilk dövrdə daha çox narazı əhalinin mərkəzi və yerli hakimiyyət strukturlarının qərarlarına qarşı pərakəndə etiraz çıxışları formasında ifadə olunurdu. Hərəkat iştirakçıları SSRİ rəhbərliyindən Dağlıq Qarabağla bağlı ədalətli və obyektiv mövqe tutmasını, Azərbaycanın suveren hüquqlarının qorunmasını və s. tələb edirdilər. AXC həmin dövrdə kütlələr arasında müəyyən populyarlıq qazansa da, əhalinin bir çox təbəqələri, xüsusilə də ziyalılar, texnokratlar və təsərrüfat fəalları ona sona qədər etibar etmirdilər. Ona görə ki, bu qurumun əsasən radikal dünyagörüşlü insanlardan təşkil olunmuş rəhbərliyi də ölkə ziyalılarını, xalqın intellektual kəsimini öz sıralarına o qədər də həvəslə buraxmırdı. Nəticədə, AXC o dövrdə getdikcə güclənən xalq hərəkatını səmərəli şəkildə idarə edərək, onun gələcək fəaliyyət istiqamətləri ilə bağlı aydın strategiya və çevik taktika ortaya qoya bilmədi. Elə bu səbəbdən də Sovet İttifaqı rəhbərliyi Azərbaycanda artmaqda olan narazılığın qarşısını almaq, xüsusən mərkəzdənqaçma meyillərini söndürmək və kütləvi cəza vasitəsilə xalqı qorxutmaq üçün 1990-cı il yanvarın 20-də Bakıda bəhs olunan qanlı faciəni törətdi, özü də bu zaman AXC-dən, onun bəzi rəhbərlərinin radikal addımlarından, çağırışlarından “vasitə” kimi istifadə etdi. Lakin 20 yanvarın effekti heç də SSRİ rəhbərliyinin gözlədiyi kimi olmadı, əksinə həmin günlərdə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciədən sonra Azərbaycan xalqının həm SSRİ, həm də respublika rəhbərliyinə qarşı narazılığı və nifrəti daha da gücləndi. O vaxta qədər ölkə və respublika rəhbərliyindən əsasən haqqın və ədalətin, qanunvericiliyin qorunmasını tələb edən narazı kütlə yavaş-yavaş genişlənən yeni mübarizə dalğasının – milli azadlıq hərəkatının hərəkətverici qüvvəsinə çevrildi.
20 Yanvarda qanla boğulmuş və qismən əzilmiş xalq hərəkatının yenidən dirçəlişi və milli azadlıq mübarizəsi mərhələsinə keçməsi o zaman M.Qorbaçov və ermənipərəst ətrafının səyi ilə SSRİ rəhbərliyindən istefaya göndərilən və xüsusi təzyiq altında Moskvada yaşayan Heydər Əliyevin bu prosesə fəal qoşulmasından sonra xüsusi vüsət aldı. Onun 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, bu hadisədə əli olanların əleyhinə kəskin bəyanat səsləndirməsi, kütləvi qırğınının səbəbkarı kimi SSRİ və Azərbaycanın yerli rəhbərlərini qətiyyətlə ittiham etməsi xalq hərəkatına yeni nəfəs və istiqamət verdi. Bu aksiyanın ardınca, Heydər Əliyevin heç bir hədə-qorxu və təxribatlardan qorxmayaraq, 1990-cı il iyulun 20-də Vətənə qayıtması Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının, başqa sözlə, sistemli milli azadlıq hərəkatının başlanmasına ciddi təkan oldu.
Əlbəttə, o zaman Azərbaycana rəhbərlik edənlər – Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, ikinci katib V.Polyaniçko və digərləri, dövrün siyasi müxalifəti sayılan və proseslərdə birbaşa iştirak edən AXC İdarə Heyəti 20 Yanvar faciəsində bu və ya digər formada siyasi və mənəvi məsuliyyət daşıyırdılar, ancaq bu qanlı əməliyyat birbaşa Kreml, Qorbaçov və onun xaricdən qısqırdılan erməni əlaltıları tərəfindən planlaşdırılmış, imperiya mərkəzinin göndərdiyi emissarlar tərəfindən zəmin hazırlanmış və SSRİ müdafiə və daxili işlər nazirləri Yazov və Bakatinin komandanlıqları altında həyata keçirilmişdi. İstər ittifaq, istər respublika rəhbərliyinin, istərsə də AXC İdarə Heyətinin 20 Yanvar faciəsindəki əsas məsuliyyəti və günahı isə bu qətliamın qarşısını almamaları, buna ciddi səy göstərməmələri, siyasi müdriklik nümayiş etdirə bilməmələri, hadisədən əvvəl və hadisə zamanı xalqı meydanlarda başsız qoyub qaçmaları, həlledici məqamda xalqın içində olmamaları, silahsız və günahsız insanları dişinə qədər silahlanmış və aqressiv təlimat almış ordu hissələri ilə üz-üzə qoymalarında idi.
Ə.Vəzirovun qətliamdan bir neçə saat əvvəl xüsusi təyyarə ilə Moskvaya qaçmasını, Xalq Cəbhəsi rəhbərlərindən isə o gecə kimsənin küçədə, xalqın yanında olmamasını xalqımız haqlı olaraq o zaman dərhal qınadı. Xalqı azadlıq, müstəqillik, böyük ideallar, milli-mənəvi dəyərlər uğrunda mübarizəyə səsləyən “liderlər” həlledici məqamda onun yanında olmadılar, yalnız səhər açıldıqdan və ara sakitləşdikdən sonra ortaya çıxaraq, imperiyanı “lənətləməyə” başladılar. Əslində isə onlar sovet ordusunun öz vətəndaşlarına qarşı bu cür vəhşilik, qəddarlıq edəcəyini görməli və proqnozlaşdırmalı idilər. Çünki 20 Yanvara qədər 1989-cu ilin aprelində SSRİ DİN və Sovet ordusu Tiflisdə 21 nəfərin ölümü, 290 nəfərin də yaralanması ilə nəticələnən qanlı əməliyyat keçirmişdi. Siyasətlə məşğul olan insanlar bu hadisədən mütləq ibrət dərsi götürməli, xalqı kütləvi qırğından qorumalı, ən azından onun yanında olmalı idilər.
O ki qaldı həmin dövrdə Azərbaycanın kommunist rəhbərlərinin günahına, 20 Yanvar qırğını SSRİ Ali Sovetində müzakirə olunarkən Azərbaycandan heç bir vəzifəli şəxs, deputat orada iştirak etmədi. Müzakirəyə şairlər, yazıçılar, dövlət işində, vəzifədə olmayan deputatlar gəldilər. Vəzifəli şəxslərdən, dövlət adamlarından biri də gəlib səsini xalqın səsinə qatmadı. Azərbaycan xalqı onlardan Sovet ordusunun, SSRİ rəhbərliyinin, Kommunist Partiyasının sərt tənqid atəşinə tutulmasını gözləyirdi. Amma əksinə oldu. Azərbaycan rəhbərliyi və Xalq Cəbhəsi həmin günlər və sonrakı dövrdə bu hadisəni yaddan çıxarıb hakimiyyət uğrunda mübarizəyə girişdilər. 20 Yanvardan sonra şəhidlərin meyitləri üzərindən addımlayaraq hakimiyyətə gələn və bu faciəni unutdurmağa çalışan Ayaz Mütəllibov komandası da, ondan sonra iqtidara gələn AXC komissarları da bu hadisəyə hüquqi-siyasi qiymət verməyə həvəs göstərmədilər. Çünki bunda maraqlı deyildilər. Birincilər bu cinayətdə bilavasitə iştirak etdikləri, ikincilər isə bu faciəyə görə mənəvi-siyasi məsuliyyət daşıdıqları üçün bunu etmədilər. Daxildə yaşananlar, beynəlxalq aləmdə də təkrar olundu. Həmin dövrdə 20 Yanvar barədə həqiqətlərin vaxtında, isti-isti dünya ictimaiyyətinə çatdırılmasında sönüklük və astagəllik nümayiş etdirildi.
Bütün bunlara baxmayaraq, 1990-cı ilin 20 yanvarından sonra Azərbaycanda xalq hərəkatının mahiyyəti kəskin şəkildə dəyişməyə başladı. Azərbaycan ziyalılarının kommunist ideologiyasından kütləvi şəkildə üz döndərməsi, partiya biletlərinin atılması və s. proseslər müstəqillik ideyasını tədricən aktuallaşdırırdı. Bu tendensiyanın güclənməsində təkrar qeyd edirəm ki, ulu öndər Heydər Əliyevin 20 Yanvardan sonra Moskvadakı məlum çıxışı, azərbaycanlıların qanını tökmüş imperiya yetkililərini ciddi ifşa etməsi müstəsna rol oynadı. Həmin çıxış o vaxtadək gözləmə mövqeyində olan Azərbaycan ziyalılarını da hərəkətə gətirdi və müstəqillik çağırışları Azərbaycanda getdikcə daha geniş kütlə arasında səslənməyə başladı. Beləliklə, 20 yanvardan sonra Xalq hərəkatı Milli-azadlıq, İstiqlal hərəkatına çevrildi.
20 Yanvar hadisələrinə düzgün və obyektiv hüquqi-siyasi qiymət verilməsi də məhz ulu öndər Heydər Əliyevin xidmətidir. Hələ hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Bunun ardınca 1990-cı ildə o, öz doğma Vətəninə – Azərbaycana qayıtdı. Ayaz Mütəllibov hökuməti ona Bakıda yaşamaq imkanı vermədiyi üçün 1990-cı il iyulun 22-də, yəni Moskvadan qayıtdıqdan iki gün sonra paytaxtı tərk edərək doğulduğu Naxçıvana üz tutmağa məcbur oldu. Az sonra – 1990-cı ilin avqust ayında qədirbilən Naxçıvan əhalisinin kütləvi dəstəyi ilə Heydər Əliyev həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinə deputat seçildi. Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasına deputatlar sədrliyi Heydər Əliyevə həvalə etdilər. İclasda onun təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin birinci sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırıldı ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında analoji qərarlar qəbul etsin. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən bu tarixi qərarlar və müstəqillik istiqamətində həyata keçirilən sonrakı proseslər, o cümlədən 1991-ci il sentyabrın 3-də onun Naxçıvan Ali Məclisinin sədri seçilməsi belə deməyə əsas verir ki, həmin dövrdə Heydər Əliyevin Naxçıvana gəlişi ilə milli azadlıq hərəkatının mərkəzi Bakıdan Naxçıvana keçdi və bu hərəkatın lideri məhz Heydər Əliyev oldu. Heydər Əliyevin deputat kimi ardıcıl nümayiş etdirdiyi əsl mübariz vətəndaşlıq mövqeyi, Azərbaycanın müstəqilliyi uğrunda ölkə parlamentinin tribunasından etdiyi qətiyyətli çıxışlar, ümummilli problemlərin həllinə xidmət edən səmərəli təklifləri onu tezliklə milli azadlıq hərəkatının gerçək liderinə çevirdi.
Daha sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı bəyan etdi ki, İttifaq dövləti 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz etmişdir. Milli azadlıq hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin, görkəmli siyasət və dövlət adamının dayanması Azərbaycan cəmiyyətində qısa zaman kəsiyində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu. Əhalinin bütün təbəqələri, xüsusilə də mütərəqqi dünyagörüşlü ziyalılar, hətta ciddi təqibə məruz qalmış AXC fəalları Heydər Əliyevin ətrafında cəm oldular. Bu reallıq xalq hərəkatına ciddi mütəşəkkillik və ardıcıllıq gətirdi, Azərbaycan xalqı milli müstəqilliyin əleyhinə məqsədyönlü fəaliyyət göstərən kommunist rejiminə qarşı vahid cəbhədən çıxış etməyə başladı. Heydər Əliyev Azərbaycan Ali Sovetindəki “demblok” nümayəndələrini də öz ətrafında, milli azadlıq hərəkatı ideyası çətiri altında birləşdirərək, yerli kommunist hökumətinin iradəsini qırdı, oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinə və müstəqillik məsələsinə dair yeni referendumun təyin edilməsinə nail oldu.
1991-ci il 18 oktyabra gedən yol gərgin ictimai-siyasi proseslər və ozamankı hakimiyyətin yaratdığı süni maneələrlə müşayiət olunurdu. O dövrdə Azərbaycana rəhbərlik edən kommunist partiyası hökumətinin üzvləri və Ali Sovetin kommunist korpusu Azərbaycanın müstəqil dövlət statusunu təsəvvür belə etmir, milli-demokratik qüvvələrin müstəqillik uğrunda gündən-günə güclənən mübarizəsinə öz hakimiyyətlərinin sonu kimi baxır və ciddi müqavimət göstərirdilər. Azərbaycanın kommunist rəhbərliyi xalqın yüksələn müstəqillik əzmini hər vəchlə qırmağa çalışır, respublika həyatında bu istiqamətdə müşahidə olunan bütün ictimai fəaliyyət və hərəkətlərə mane olur, xüsusən parlament tribunasından milli müstəqillik uğrunda həqiqi mübarizə aparan Heydər Əliyevin, digər müstəqil düşüncəli deputatların Ali Sovetdəki çıxışlarını pozur, hətta Heydər Əliyevə qarşı qeyri-etik hücumlar təşkil edərək, ölkədə onun siyasi fəaliyyətinə qadağa qoymağa cəhd göstərirdilər. Elə bunun nəticəsi kimi, Azərbaycan Kommunist Partiyasının ovaxtkı rəhbərliyi 1991-ci il martın 17-də respublikada SSRİ-nin saxlanması ilə bağlı saxta referendum təşkil edərək, guya əhalinin 75 faizinin müstəqilliyin əleyhinə səs verdiyini elan etmişdi. O zaman yalnız Heydər Əliyev başda olmaqla Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu saxta və antimilli referendumun Naxçıvan Muxtar Respublikasında keçirilməsindən imtina etmiş və qarşısını almışdı. Heydər Əliyev SSRİ-nin saxlanması ilə bağlı yeni ittifaq müqaviləsinə də hamıdan qabaq – 1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin sessiyasındakı çıxışında ciddi etiraz etmiş və Mütəllibov hakimiyyətinin Azərbaycanı yeni ittifaqın tərkibinə daxil etməsinin, bunun üçün respublikada xüsusi referendum keçirilməsinin qəti əleyhinə olduğunu birmənalı şəkildə bəyan etmişdi.
1992-ci ilin mayında AXC-Müsavat dairələri xarici qüvvələrin təhriki və silahlı yolla o zaman üçün tam nüfuzdan düşmüş Mütəllibov hökumətini devirərək siyasi hakimiyyəti ələ keçirdilər. Əslində bu həm milli azadlıq hərəkatına, həm respublikada yenicə yaranmaqda olan demokratik prosesə, həm də şəxsən Heydər Əliyev kimi təcrübəli bir liderin demokratiya və milli azadlıq mübarizəsi yolunda göstərdiyi xidmətlərinə qarşı ədalətsiz bir gediş idi. 1992-ci il mayın 18-də Ali Sovetə sədr seçkisində AXC rəhbərliyi deputatların böyük hissəsinin və ölkə ictimaiyyətinin tələbinə baxmayaraq, Heydər Əliyevin namizədliyinin irəli sürülməsinə, hətta parlamentdən onunla əlaqə yaradılmasına mane oldular. Onlar öz namizədlərinin sədr “seçilməsinin” hansısa doqquz xarici dövlətlə razılaşdırılması barədə cəfəng antidemokratik fikirlər səsləndirməkdən belə çəkinmədilər. Hakimiyyətə tam yiyələndikdən sonra Heydər Əliyevi özlərinə ciddi rəqib sayan bu adamlar bütün vacib işlərini bir kənara qoyub, onunla qeyri-qanuni və antikonstitusion mübarizəyə girişdilər, dəfələrlə Naxçıvanda dövlət çevrilişinə, Ali Məclis sədrinin fiziki varlığına son qoymağa cəhd göstərdilər. Bu cür qeyri-demokratik və antimilli vasitələrlə fəaliyyət göstərən AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə böyük zərbə vuruldu, ölkə vətəndaş müharibəsi astanasına gətirildi.
Cəbhə-müsavat dairələrinin yarıtmaz hakimiyyətinin nəticəsi olaraq gündən-günə kəskinləşən vətəndaş qarşıdurmasını aydın görərək, yaxınlaşan milli fəlakəti hiss edən bir qrup vətənpərvər Azərbaycan ziyalısı 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciət etdi. Müraciətdə ziyalılar Azərbaycanı düçar olduğu fəlakətli böhrandan çıxarmaq məqsədilə ölkədə bütün vətəndaşları, sağlam düşüncəli qüvvələri öz ətrafında birləşdirə bilən yeni bir siyasi partiyanın yaradılması və ona rəhbərlik etmək məsələsinə münasibət bildirməsini Heydər Əliyevdən xahiş edirdilər. Respublikada gündən-günə kəskinləşən və getdikcə daha da fəlakətli vəziyyət alan daxili ictimai-siyasi və milli vətəndaş qarşıdurması fonunda Azərbaycanı canı qədər sevən Heydər Əliyev, əlbəttə ki, çoxsaylı ölkə ziyalılarının, geniş xalq kütlələrinin tələblərini bir lider kimi cavabsız qoya bilməzdi. Belə də oldu, cəmi bir həftə sonra – oktyabrın 24-də o, “Səs” qəzeti vasitəsilə ölkə ziyalılarına cavab verdi. Bu əslində adi bir cavab deyildi, Azərbaycanın mövcud fəlakətli vəziyyətinin hərtərəfli təhlili və ondan çıxış yollarını göstərən dəqiq milli fəaliyyət proqramı idi. Sonrakı prosesləri, hörmətli oxucular yaxşı bilir. Bakıda qurultay keçirməsinə imkan verilmədiyi üçün ziyalılar və partiya qurucuları soyuq və şaxtalı Naxçıvana axışdılar və noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) adlanan siyasi təşkilat yaratdılar. Cəmi 7 ay sonra, 1993-cü ilin iyununda YAP-ın sədri, Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdı. Onun qayıdışı ilə ölkənin bütün sağlam qüvvələri, ictimai-siyasi və mənəvi potensialı hakimiyyətin ətrafında səfərbər olaraq Azərbaycanı sonrakı labüd iflasdan xilas etdilər.
Ümummilli lider Heydər Əliyev xalqın arzusu və tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etməyə qayıtdıqdan cəmi bir neçə ay sonra, 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında çıxış edən Ulu Öndər Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq, bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. 1994-cü il yanvar ayının 5-də ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim olunan 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi haqqında sənəd həmin ilin mart ayında Prezidentin özü tərəfindən təsdiqlənərək, Azərbaycan xalqının öz haqqını tələb edə bildiyini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacardığını bir daha sübut etmiş oldu. 1994-cü il mart ayının 29-da ümummilli lider Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
Bu il xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında 20 Yanvar faciəsinin 30-cu ildönümünü geniş şəkildə qeyd etməyə, Sovet ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirməyə başlayıb. Respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələr təşkil olunur, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar göstərilir, bədii və sənədli filmlər nümayiş olunur, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlər keçirilir, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materiallar dərc olunur.
Müdrik bir məsəl var: “Tarixini bilməyənlər onu yenidən yaşamağa məhkumdurlar.” Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi olan 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması tarixi reallıqları dərk etmək və onlardan doğru nəticə çıxarılmaq baxımından böyük önəm kəsb edir.
Əli Həsənov
Tarix elmləri doktoru, professor
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:14
Avropada NATO-nun ən böyük hərbi bazası qurulur
Bu gün, 11:19
Güclü maqnit qasırğası olacaq
Bu gün, 00:07
Azərbaycanda Novruz bayramı qeyd olunur
Dünən, 23:11
Ukrayna ordusu geri çəkilir
Dünən, 23:00
Rusiya Almaniyanı soyqırımda ittiham edir
Dünən, 21:30
NATO Baş katibi: "Azərbaycanla yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq" - Müsahibə
Dünən, 20:16
Borrell ikibaşlı danışır
Dünən, 19:44
Keçmiş vəzifəli şəxslərin işi məhkəmə icraatındadır
Dünən, 16:28
Yuxusuzluq kökəlməyə səbəb olur - Araşdırma
Dünən, 12:35
Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Fotolar (Yenilənib)
Dünən, 11:57
Füzuliyə daha 34 ailə yola salınıb - Yenilənib
16-03-2024, 15:07
Odessaya ballistik raket hücumu... - Nəticə dəhşətli olub
16-03-2024, 01:18
Rusiyaya qarşı yeni koalisiya yaradılıb
16-03-2024, 00:41
Milyarderlər TikTok-u almağa hazırlaşır
15-03-2024, 17:51
Putinin əlavə olaraq 2 min qeyri-strateji nüvə silahı var
15-03-2024, 12:11
İran öz sərhəddində “ikinci İsrail” istəyirmi?
14-03-2024, 23:57
Fransada ələ keçən 8659 əsər Türkiyəyə qaytarılacaq - Fotolar
14-03-2024, 23:47
Dəhşətli statistika: dünyadakı narkomanların təxmini sayı açıqlanıb
14-03-2024, 18:00
Magistraturaya qəbul imtahanlarının yekun nəticələri açıqlanıb
14-03-2024, 17:07
Vəzifəli şəxs cinayət başında yaxalanıb
14-03-2024, 12:11
Paşinyanın sülh qovşağı....
13-03-2024, 16:53
Vahid Hacıyev Prezidentin xüsusi nümayəndəsi təyin edilib
13-03-2024, 12:58
Paşinyan KTMT-yə mesaj göndərdi - İrəvan kimi müttəfiq sayır?
13-03-2024, 09:56
Putin: “Rusiya nüvə müharibəsinə hazırdır”
13-03-2024, 09:38
46 mindən çox şagird buraxılış imtahanı verəcək - Bu tarixdə
12-03-2024, 16:32
Azərbaycana qarşı daha bir təhlükəli plan hazırlanır
12-03-2024, 16:12
Rusiyada kütləvi həbslər başlayıb
12-03-2024, 13:21
Türkiyə ABŞ-a lazımdırmı? Lazımdırsa, hansı statusda?
12-03-2024, 12:53
Rusiya od içində: şəhər və kəndlər kütləvi hücuma məruz qalıb - Fotolar
12-03-2024, 10:55
ABŞ müttəfiqlərinə milyardlar xərcləmək istəyir
11-03-2024, 22:33
Avropa silah ticarətini artırır
11-03-2024, 19:08
Qazaxıstan prezidenti Azərbaycana gəlib, yeni sənədlər imzalanıb - (Yenilənib+) - Fotolar
11-03-2024, 16:53
Sabiq baş nazir: “Azərbaycan Ermənistanı blokadaya sala bilər”
11-03-2024, 12:07
Ermənistanın qaytaracağı 4 kənd və sovet xəritələri - Təhlil
11-03-2024, 11:00
Məhkəmə deputat Cavanşir Feyziyevin mülkləri üzərindəki həbs qərarını qüvvədə saxlayıb
11-03-2024, 00:02
Azərbaycanda Ramazan ayı başlayıb
10-03-2024, 23:40
Boris Conson Venesuelaya gizli səfər edib
9-03-2024, 19:18
Rəsmi Bakı Ermənistandan işğal altındakı kəndləri tələb edir
9-03-2024, 10:48
Paşinyanın böyük müharibəyə doğru 4 addımı
8-03-2024, 21:13
“Toplum TV”-nin beş əməkdaşı həbs edilib - Siyahı
7-03-2024, 20:06
Hollivud ulduzları böyük təhlükəyə qarşı səfərbər olunub - Çağırış
7-03-2024, 14:37
Erkən ölümlərdən necə qorunmaq olar?