İngiltərə Londona səfərə hazırlaşan dövlət başçısını həbs etmək istəyir - Fotolar
Tarix: 20-01-2020 11:08 | Bölmə: Slayd
İngiltərə Londona səfərə hazırlaşan dövlət başçısını həbs etmək istəyir

İngiltərə dövlət çevrilişi vasitəsilə hakimiyyətə gələn Misir prezidenti Əbdülfəttah Sisi haqqında həbs qərarı verilməsini istəyir. Buna səbəb demokratik yolla Misir prezidenti seçilən Məhəmməd Mursinin həbsxanada müəmmalı ölümüdür.

Reyting.az
xəbər verir ki, mərkəzi qərargahı Londonda yerləşən Beynəlxalq Ədalət Palatası (Guerinca 37) Sisinin İngiltərə səfəri öncəsi İngiltərə polisindən “Misir hökuməti və dövlət qurumlarının əleyhinə olan şəxslərin işgəncə iddialarının” araşdırılmasını istəyib.

Beynəlxalq Ədalət Palatasının açıqlamasında Mursinin ölümü, ölümündən əvvəl verilən işgəncə ilə əlaqədar istintaqın aparılması tələb olunur.

İngiltərə Londona səfərə hazırlaşan dövlət başçısını həbs etmək istəyir

Sisinin Misirdə həyata keçirilən işgəncələrdən xəbərsiz olmadığı qeyd edilən açıqlamada bildirilir ki, Mursiyə verilən işgəncələr onun ölümünə səbəb olub və hərbi rejimin əsas istəyinin bu olduğuna dair inandırıcı arqumentlər var.

Qeyd edilir ki, Mursinin ölümü cəzasız qalmamalıdır və araşdırma fürsətinin olması halında bunun yerinə yetirilməsi lazımdır. Bu səbəbdən də təşkilat Londona səfər edəcək Misir dövlət başçısı haqqında həbs qərarı çıxarılmasını tələb edir.

Qeyd edək ki, Sisi İngiltərə-Afrika Sərmayə Fondunun tədbiri çərçivəsində Londona səfər edəcək.

Beynəlxalq Ədalət Palatası buna qədər BMT-yə müraciət edərək Mursinin ölümü haqqında araşdırma aparılmasını tələb edir.

İngiltərə Londona səfərə hazırlaşan dövlət başçısını həbs etmək istəyir

Xatırladaq ki, Müsəlman Qardaşları Hərəkatının liderlərindən olan Məhəmməd Mursi 2012-ci ildə demokratik yolla Misir prezidenti seçilib. O, il yarımdan sonra hərbi çevriliş nəticəsində hakimiyyətdən gedib. Ötən il isə həbsxanada ölüb. Beynəlxalq insan haqları təşkilatları sabiq prezidentin ölümünə şübhə ilə yanaşırlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}