17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Sabiq prezidentin qızına məxsus sərvətin açıqlanması ölkədə gərginlik yaratdı
Tarix: 20-01-2020 11:36 | Bölmə: Slayd
Sabiq prezidentin qızına məxsus sərvətin açıqlanması ölkədə gərginlik yaratdı

Afrikanın ən zəngin qadını İzabel dos Santos haqqında mətbuata sızan bilgilər Anqolada ciddi gərginliyə səbəb olub.

Reyting.az
xəbər verir ki, Anqolanın sabiq prezidenti Jise Eduardi dos Santosun böyük övladı olan və “Anqola Şahzadəsi” kimi tanınan İzabel Santos haqqında yayılan məlumatlar ölkəni sarsıdıb.

Sızdırılan 700 minə yaxın bilgidə İzabelin və əri Sindika Dokolun dövlət hesabına zənginləşdikləri bildirilir.

İzabel isə yazılanları rədd edir. O bildirib ki, Anqolanın indiki idarəçiləri tərəfindən “cadugər ovu”nun qurbanıdır.

“Luanda sızıntıları” adı verilən bilgilərin 37 media quruluşunun araşdırdığı məlum olub.

Anqolada mülk və əmlakları dondurulan İzabel Santos haqqında aparılan korrupsiya araşdırmaları səbəbindən uzun müddətdir ki, Londonda yaşayır.

Ölkədə aparılan korrupsiya araşdırmaları zamanı Santos qanunsuz yolla qazanc əldə etməkdə, dövlət hesabına özəl şirkətlərə şübhəli ödəmələr həyata keçirməkdə, saxta fakturlar düzəltməklə milyonlarla vəsaiti mənimsəməkdə ittiham olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}