10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
İlham Əliyevin İsveçrəyə işgüzar səfəri başlayıb
Tarix: 20-01-2020 23:24 | Bölmə: Gündəm
İlham Əliyevin İsveçrəyə işgüzar səfəri başlayıb

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

Prezident İlham Əliyev yanvarın 20-də Davosda "VTB Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb.

Görüşdə "VTB Bank"ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan Dövlət Neft Fondu ilə "VTB Bank" arasında səmərəli əməkdaşlıq davam edir.

Prezident İlham Əliyev "VTB Bank"ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif edib.

Andrey Kostin təklifə müsbət yanaşdığını bildirib və dövlətimizin başçısını əmin edib ki, "VTB Bank" bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticari sahədə də əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Ticarət dövriyyəsinin artan istiqamətdə davam etməsinin və daha da sürətləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə də görüşü olub.

Görüşdə “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubinşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirdi və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirib.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edilib. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Carlyle Group” arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}