Parlament seçkiləri: iki gündə 18 namizəd geri çəkilib
Tarix: 21-01-2020 14:18 | Bölmə: Slayd
Parlament seçkiləri: iki gündə 18 namizəd geri çəkilib

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) verdiyi məlumata görə, indiyə qədər 1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, MSK sədri Məzahir Pənahov MSK-nın yanvarın 19-da keçirilən iclasında 1560 nəfərin deputatlığa namizədliyinin qeydə alındığını bildirmişdi.

Beləliklə, ötən 2 gün ərzində 18 nəfər deputatlığa namizədliyini geri götürüb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}