Kəşfiyyat İŞİD-in yeni xəlifəsinin adını açıqlayıb - Foto
Tarix: 22-01-2020 13:06 | Bölmə: Slayd
Kəşfiyyat İŞİD-in yeni xəlifəsinin adını açıqlayıb

İraq Şam İslam Dövləti (İŞİD) adlı terror təşkilatının rəhbərliyinə iraqlı türkmən Əbdülrəhman əl-Mevli əl-Selbi keçib.

Reyting.az
xəbər verir ki, bu məlumatı İngiltərənin “Quardian” qəzeti yayıb.

Qəzet iki fərqli kəşfiyyat qurumunun rəsmi qaynaqlarına istinad edərək Əbubəkir Bağdadinin öldürülməsindən sonra İŞİD-in liderliyinə 48 yaşlı Əbdülrəhman əl-Mevli əl-Selbi keçdiyini yazıb.

Qeyd edək ki, İŞİD-in lideri, xəlifə Əbubəkir əl-Bağdadi 2019-cu ildə ABŞ-ın Suriyada keçirdiyi məxfi əməliyyat zamanı öldürülüb. Bundan sonra İŞİD-ə Əbu İbrahim əl-Haşimi Qureyşinin rəhbərlik etdiyi elan olunmuşdu. Ancaq realda terror təşkilatının başına kimin keçdiyi bilinmirdi.

Kəşfiyyat İŞİD-in yeni xəlifəsinin adını açıqlayıb
Selbi


İngiltərənin kəşfiyyat mənbələrinin “Quardian”a sızdırdığı məlumata görə, Əbdülrəhman əl-Mevli əl-Selbi İŞİD-in qurucularındandır. Selbinin Bağdadi ilə yolları 2004-cü ildə Bağdad yaxınlığındakı Buka həbsxanasında kəsişib.

Qəzet Əbdülrəhman əl-Mevli əl-Selbi haqqında bu məlumatı da verib:

“İraqda türkmənlərin yaşadığı Tel-Afərdə doğulub. İŞİD-in lider heyətində ərəb olmayan yeganə şəxsdir. Onun İŞİD-in ən təsirli ideoloqu olduğu bilinir.

Mosul universitetində şəriət hüququ fakültəsini bitirib. İŞİD daxilində “professor” və “yoxedici” ləqəbləri var”.

İddialara görə, Əbdülrəhman əl-Mevli əl-Selbi İslam haqqında geniş bilgiləri sayəsində İŞİD-in liderləri səviyyəsinə qədər qalxa bilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}