07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Təhlükəli virus digər ölkələrə də yayılır: ölənlərin sayı artır - Yenilənib
Tarix: 23-01-2020 23:37 | Bölmə: Slayd
Təhlükəli virus digər ölkələrə də yayılır: ölənlərin sayı artır

Çində yayılmış ölümcül koranavirus artıq Vyetnam və Səudiyyə Ərəbistanında da müşahidə edilib.

“Reuters”in xəbərinə görə, Vyetnamın Səhiyyə Nazirliyindən bildiriblər ki, analizlər iki Çin vətəndaşında xəstəliyin olduğunu təsdiqləyib.

Səudiyyə Ərəbistanının cənubunda işləyən hindistanlı tibb bacısında da xəstəliyin əlamətləri aşkarlanıb. Hindistan rəsmilərinin məlumatına görə, karantində olan 100 qadın analiz verib. Onlardan yalnız birində xəstəlik təsdiqlənib.

Bəzi mənbələr virusun artıq Avropada da müşahidə edildiyini bildirirlər.

Onu da qeyd edək ki, Çində yeni növ koronovirusa yoluxanların sayı 644-ə çatıb və ölənlərin sayı 18 nəfərdir.

***

Son məlumata görə, Çində yeni növ koronovirus xəstəliyinə yoluxma hallarının sayı 849 nəfərə çatıb, bu virusdan artıq 26 nəfər həyatını itirib.

Hazırda 177 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir, 34 nəfər sağalıb və artıq tibb müəssisələrini tərk edib. Bununla yanaşı, 1072 nəfər bu xəstəliyin daşıyıcısı olmaqda şübhəli bilinərək qeydə alınıb.

Koronovirusun yeni növü artıq digər ölkələrdə - Tayland, Vyetnam, Koreya Respublikası, Sinqapur, ABŞ və Yaponiyada aşkar edilib. Ancaq ÜST Çində yeni növ pnevmoniyanın yayılması ilə əlaqədar beynəlxalq dərəcədə fövqəladə vəziyyət rejimi elan etməkdən çəkinib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}