Dünyanın enerji nəhəngini İraqdan qovurlar: BP şirkəti ilə əməkdaşlıq dayandırılıb
Tarix: 24-01-2020 09:04 | Bölmə: Slayd
Dünyanın enerji nəhəngini İraqdan qovurlar: BP şirkəti ilə əməkdaşlıq dayandırılıb

İraqın Kərkük şəhərində neft yataqları üzərində işləyən İngiltərənin enerji nəhəngi “BP” (British Petroleum) şirkəti İraq Neft Nazirliyi tərəfindən sahə iş müqaviləsinin yenilənməməsi səbəbindən Kərkükü tərk etmək məcburiyyətində qalıb.

Reyting.az
xəbər verir ki, faktı İraqın Neft Nazirliyi təsdiq edib.

Nazirliyin sözçüsü Asim Cihad bildirib ki, “BP” şirkətinin sahə inkişafına dair işləri gözləntilərdən aşağı olduğu üçün Neft Nazirliyi bu şirkətlə sahə işləri və inkişaf müqaviləsini yeniləməyib.

Araşdırma nəticəsində “BP”-nin fəaliyyətini genişləndirməyə həvəs göstərmədiyini bildirən A. Cihad əlavə edib ki, hər iki tərəf arasındakı razılaşmaya uyğun olaraq müqaviləni yeniləməkdən imtina olunub.

A. Cihad diqqətə çatdırıb ki, müqavilə yenilənmədiyi üçün “BP” şirkəti Kərkükdəki neft sahələrini tərk edib.

Dünyanın enerji nəhəngini İraqdan qovurlar: BP şirkəti ilə əməkdaşlıq dayandırılıb

Qeyd edək ki, “BP” ilə razılaşmada neftin ixracatının artırılması nəzərdə tutulurdu.

Xatırladaq ki, “BP” ilə razılaşma 2013-cü ildə əldə olunmuşdu. Ancaq İŞİD təhlükəsi ortaya çıxdığı üçün razılaşma təxirə salınmış və 2018-ci ilin yanvarında rəsmən fəaliyyətə başlanmışdı.

Hazırda İraqın ən potensial neft quyuları qədim türkman şəhəri olan Kərkükdə yerləşir. İraqın cənub və şimal hissəsindəki neft sahələrində isə bir sıra ölkələrin neft şikətləri fəaliyyət göstərir.

İraqda neft axtarışlarına ən erkən başlayan ölkələr sırasında İngiltərənin “BP” və “Shell” Kərküklə Bəsrədəki neft sahələrində iş aparırdı. Bu şirkətləri Bəsrədə ABŞ-ın “Exxon Mobil” şirkəti təqib edirdi.

Türkiyənin ortaq olduğu TPAO isə əsasən İraqın cənubundakı Meysan və Diyalədə neft-qaz sahələrində fəaliyyət göstərir.

Qeyd edək ki, “BP” şirkətinin dünyanın ən böyük neft ehtiyatlarına malik olan ölkəsini – İraqı tərk etməsinə əslində, çıxarılmaq da deyilə bilər. Görünən odur ki, ABŞ-İran qarşıdurması fonunda İrana bağlı qüvvələr ABŞ və müttəfiqlərini İraqda sıxışdırmağa başlayıblar. İran gözəl anlayır ki, “BP” təkcə neft şirkəti deyil, həm də neft imperiyasıdır və bəzən siyasi məsələlərə də müdaxilə edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər