Lukaşenko əməliyyatlara başladı: vəzifəli şəxslər ölkədən qaçarkən saxlanıldı - Fotolar
Tarix: 29-01-2020 12:43 | Bölmə: Slayd
Lukaşenko əməliyyatlara başladı: vəzifəli şəxslər ölkədən qaçarkən saxlanıldı

Belarusun xüsusi xidmət orqanı (KQB) şəkər sənayesində korrupsiya ilə bağlı əməliyyatlar keçirir. Artıq bir sıra fabriklərdə axtarışlar aparılıb, ciddi qanun pozuntuları aşkarlanıb.

Reyting.az
Belarus KİV-lərinə istinadla xəbər verir ki, şəkər fabriklərində korrupsiyaya qarşı mübarizə əməliyyatlarından narahat olduqları üçün Minsk şəhərindən Almaniyaya qaçmaq istəyən fabrik rəhbərləri saxlanılıb.

Bildirilir ki, “KQB”-nin həyata keçirdiyi əməliyyatdan xəbər tutan bəzi şirkət rəhbərləri çarəni Belarusdan qaçmaqda görsələr də, planlarını reallaşdıra bilməyiblər. Ölkədən qaçmağa çalışan korrupsiyada şübhəli şəxslərin də olduğu və Minskdən Munixə uçan təyyarə Polşa hava sahəsindən Minskə qaytarılıb.

Lukaşenko əməliyyatlara başladı: vəzifəli şəxslər ölkədən qaçarkən saxlanıldı

Sərnişinləri arasında 6 şirkət rəhbərinin də olduğu Minsk-Münih sərnişin təyyarəsi havaya qalxdıqdan sonra xüsusi xidmət orqanı təyyarənin yenidən Minskə qayıdaraq hava limanına enməsinə nail olub.

Minskdən Münixə uçan təyyarənin pilotları ilə əlaqə saxlanılıb. Bundan sonra pilotlar sərnişinlərə məlumat vermədən təyyarəni Polşanın Vroklov şəhəri səmasından geri qaytarıb və təyyarə havaya qalxdığı Minsk hava limanına enib.

Təyyarənin göyərtəsinə daxil olan hüquq-mühafizə orqanı əməkdaşları 6 şirkət və fabrik rəhbərini qandallayıblar. Bundan sonra təyyarə Almaniya istiqamətində yenidən havaya qalxıb.

Məlumata görə, Belarusda şəkər fabrikləri ilə bağlı korrupsiya əməliyyatları genişlənəcək.

Lukaşenko əməliyyatlara başladı: vəzifəli şəxslər ölkədən qaçarkən saxlanıldı

Hazırda onlarla şəxsin həbs edildiyi bildirilir.

Əməliyyatlar Belarus prezidenti Lukaşenkonun nəzarəti altında həyata keçirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}