Keçmiş müşaviri Trampın sirrini açacaq: Ağ Ev yeni kitabın nəşrinə mane olmaq istəyir
Tarix: 30-01-2020 14:32 | Bölmə: Slayd
Keçmiş müşaviri Trampın sirrini açacaq: Ağ Ev yeni kitabın nəşrinə mane olmaq istəyir

ABŞ prezidenti Donald Trampın sabiq milli təhlükəsizlik müşaviri işləmiş Con Boltonun mart ayında nəşr olunacaq kitabı Ağ Ev-də etirazla qarşılanıb. Ağ Ev C. Boltonun kitabındakı bəzi bölümlərin olduğu kimi yayılmasını qəbuledilməz sayır.

Reyting.az
-ın məlumatına görə, Ağ Ev Boltonun vəkilinin diqqətinə çatdırıb ki, Trampla bağlı məxfi bilgilərin kitabda olduğu kimi yayımlanması narahatedicidir.

“Amerikanın səsi”nin məlumatına görə, Boltonun Konqresdə şahid qismində ifadə verməsinə mane olmağa çalışan Ağ Ev hesab edir ki, sabiq müşavir məxfi bilgilərin yayılmasını nəzərdə tutduğu üçün kitabın işıq üzü görməsi əlverişsizdir.

Keçmiş müşaviri Trampın sirrini açacaq: Ağ Ev yeni kitabın nəşrinə mane olmaq istəyir
Bolton

Xatırladaq ki, Boltonun martda satışa çıxarılacaq kitabının bəzi epizodları “Nyu- York Times” qəzetinə sızıb.

Qəzetin məlumatına görə, Bolton kitabında yazır ki, Tramp Ukraynaya hərbi yardımın rəqibi Bayden barədə araşdırma aparılacağı təqdirdə mümkün olacağını bildirib.

“Hadisənin olduğu yer” adlı kitabda bir sıra məsələlərə də aydınlıq gətirilir.

Hazırda əlyazma şəklində olan kitabda Trampın Boltona “Ukraynalı rəsmilər Bayden ailəsi ilə bağlı araşdırma aparana qədər bu ölkəyə hərbi yardımı dondurmaq istəyirəm”,- deyib.

Bu iddia ABŞ cəmiyyətində şok effekti yaradıb. Demokrat senatorlar Boltonun Konqresə dəvət edilməsi və şahid qismində danışdırılmasının vacibliyini bəyan edirlər. Hesab olunur ki, bu iddia hazırda Konqresdəki impinçment prosesinə ciddi təsir göstərə bilər.

Qeyd edək ki, bundan əvvəl Tramp açıqlamasında Ukrayna mövzusunda Boltonun “heç bir şey bilmədiyini” iddia edib.

Boltonun vəkili Carles Kopper Axios isə bildirib ki, 2019-cu ilin dekabrında kitabın əlyazması Ağ Evin Milli Təhlükəsizlik Müşavirliyinə məxfi zərflə göndərilib və ola bilsin ki, orada yazılanlar da mediaya sızıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər