Mafiyaya qarşı əməliyyat: yüzlərlə şəxs saxlanılıb - Fotolar
Tarix: 31-01-2020 14:01 | Bölmə: Slayd
Mafiyaya qarşı əməliyyat: yüzlərlə şəxs saxlanılıb

Rusiyanın ən böyük ovçu və atıcılıq klubunun əslində böyük bir mafiya şəbəkəsi olduğu müəyyən edilib və ölkənin hüquq-mühafizə orqanları kluba qarşı əməliyyat keçirməli olub.

Reyting.az
xəbər verir ki, əməliyyat zamanı yüzlərlə silah aşkarlanıb.

Məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanları ölkədə olan atıcılıq klublarından birini izləməyə başlayıb. Klubun daxilinə öz agentlərini yerləşdirən Federal Təhlükəsizlik Xidməti (FTB) çoxlu sayda məlumatlar əldə edib və klubun fəaliyyət istiqamətlərini öyrənib. Məlum olub ki, əslində rus mafiyası olan klubun Kaluqada pliqonu da mövcuddur. Video kameralarla yaxından təqib edilən mafiyanın rəhbər heyətinin üzvlərinə qarşı əməliyyat keçirilib.

Mafiyaya qarşı əməliyyat: yüzlərlə şəxs saxlanılıb

İddialara görə, adı çəkilməyən klub Rusiyanın hər yerində zorla obyektlərə əl qoymaq, adam oğurlamaq, təhdid, şantaj, adam öldürmək kimi cinayətlərlə məşğul olurmuş.

Klubun ölkə ərazisindəki bütün ofislərində keçirən FTB çoxlu sayda mafiya üzvünü həbs edib. Basqın zamanı mafiyaya aid 1200 avtomat silah müsadirə edilib. Məlum olub ki, “Kalaşnikov” model avtomatlar cinayət hadisələri zamanı istifadə olunduqdan sonra fərqli versiyalarda modfikasiya edilib.

Mafiyaya qarşı əməliyyat: yüzlərlə şəxs saxlanılıb

Əməliyyat zamanı saxlanılan çoxlu sayda mafiya üzvü və rəhbərlərinin sorğulanması davam etdirilir, eyni zamanda ələ keçirilən silahları kriminalistlər tərəfindən araşdırılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər