Ərdoğan 33 məşhur şəxsin ölümünə səbəb olan cinayətkarı həbsdən azad etdi
Tarix: 31-01-2020 15:17 | Bölmə: Slayd
Ərdoğan 33 məşhur şəxsin ölümünə səbəb olan cinayətkarı həbsdən azad etdi

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan 1993-cü ildə aralarında yazıçı, mədəniyyət xadimi də omaqla 33 nəfərin ölümünə səbəb olan və ömürlük həbs cəzası almış Əhməd Turan Qılıncı əfv edib.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Ərdoğanın qərarı ilə tibb təşkilatının sağlamlıq sənədi əsas götürülərək Əhməd Turan Qılıncın cəzası Konstitusiyanın 104-cü maddəsinin 16-cı bəndinə uyğun olaraq ləğv edilib.

Ərdoğan 33 məşhur şəxsin ölümünə səbəb olan cinayətkarı həbsdən azad etdi

Məlumat üçün qeyd edək ki, 1993-cü ildə Sivasda “Madimak” otelinin yandırılması və 33 nəfərin ölümü səbəbindən Qılınc haqqında əvvəlcə edam, daha sonra ömürlük həbs cəzası hökmü verilmişdi.

1993-cü ilin avqustun 2-də Sivasda “Pir Sultan Abdal” Mədəniyyət Mərkəzi tərəfindən Pir Sultan Abdal şənlikləri təşkil edilib. Bu məqsədlə Sivasa Əziz Nesin də daxil olmaqla çoxlu sayda sənətçi, yazar, mədəniyyət xadimi, ələvi ozanlar dəvət edilib. Ancaq dindar kütlə qonaqların qaldığı “Madimak” oteli qarşısında aksiya keçirib, avtomobilləri yandırıb və daha sonra otelə od vurublar. Oteldə olan 35 nəfər alovdan və ya tüstüdən boğularaq ölüb. 51 nəfər isə canını zorla xilas edə bilib.

Sonradan polis Sivasda nəzarəti ələ alıb və 190 nəfər həbs edilib. 1994-cü ildə başlanan məhkəmə zamanı 37 nəfərə bəraət verilib, 22 nəfər 15 il, 3 nəfər 10 il, 54 nəfər 3 il, 6 nəfər haqqında isə 2 il həbs qərarı çıxarılıb. Lakin Yüksək Məhkəmə bu cəzalarla barışmayaraq yenidən proses keçirilməsi haqda qərar verib.

Ərdoğan 33 məşhur şəxsin ölümünə səbəb olan cinayətkarı həbsdən azad etdi

Yeni məhkəmə prosesində Sivas hadisələrində təqsirli bilinən 33 nəfər haqqında edam, 14 nəfər haqqında 15 il həbs qərarı elan olunub. 1988-ci ildə edam qərarı ləğv edildiyi üçün 33 nəfərə ömürlük həbs cəzası verilib.

Bu prosesdə ittiham olunanların vəkillərinin böyük əksəriyyəti Rifah Partiyasının üzvləri olub. Sonradan onların bir qismi AKP-yə, bir qismi isə Səadət Partiyasına keçib.

Reyting.az




Bölməyə aid digər xəbərlər