Koronavirus qlobal iqtisadiyyata yoluxub - Birjalarda təlatüm
Tarix: 01-02-2020 14:19 | Bölmə: Slayd
Koronavirus qlobal iqtisadiyyata yoluxub - Birjalarda təlatüm

“Corona” virusu ABŞ birjaslarında təlatüm yaradıb.

Reyting.az
“Reuters”-ya istinadla xəbər verir ki, Uoll Stritin orta göstəriciləri ötən Cümə günü 0,9 faiz düşüb. Bu, son 6 ayın ən pis həftəsi olub.

“Corona” virusunun geniş yayılması, ABŞ iqtisadiyyatının açıqladığı məlumatlar və ziddiyyətli korporativ qazanc məlumatları dünya iqtisadiyyatının böyüməsi ilə bağlı narahatlıq doğurub.

Bir çox indekslər ən aşağı səviyyədədir. Çünki qlobal tədarük zənciri iflasa uğrayıb.

“Delta Airlines” bu həftə səhm dəyərinin 3,5 faizini itirib. Şirkətlər Çinə edilən bütün uçuşları ləğv etdikdən sonra “American Airlines” da öz dəyərinin 3,5 faizindən məhrum olub.

Neft şirkətləri ötən həftənin qlobal ticarətdə ən böyük zərərçəkənləridir. “Exxon Mobil” və “Chevron Creek”-in səhmləri 2 faizdən çox ucuzlaşıb.

Stamforddakı “Johns Business Center”-in baş bazar strateqi Maykl Oryork deyib:

"Virus qlobal iqtisadiyyata zərbə vurmaq üzrədir və ABŞ-dakı investorlar bunun fərqinə varırlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər