Çində birja və bazarlar çətin vəziyyətlə üzləşib: əksər mallar ucuzlaşsa da, peyvəndlər bahalaşır
Tarix: 03-02-2020 16:25 | Bölmə: Slayd
Çində birja və bazarlar çətin vəziyyətlə üzləşib: əksər mallar ucuzlaşsa da, peyvəndlər bahalaşır

Çində yeni il tətilinin təxirə salınması və koronavirusla bağlı yanvarın 23-dən qapalı olan bazar və birjalar 9 faiz itki ilə fəaliyyətini bərpa edə bilib.

Reyting.az
xarici mətbuata istinadla bildirir ki, Çin birjası CSİ İndeksi ilə 9,1 faizlik itkiyə məruz qalıb.

Çin bazarlarında müşahidə edilən bu itkilər əslində 2015-ci ildən sonra ən dəhşətli ucuzlaşma sayılır.

Şanxay birjası 23 yanvarda 2,8 faizlik itkilərlə məruz qalmaqla fəaliyyətini dayandırmışdı.

“Blomberq”in araşdırmasına görə, 2600-dən çox səhm 10 faiz dəyər itirib. Mis, xam neft, xurma yağı da 8 faiz dəyər itirən mallar kateqoriyasına daxildir.

Ən çox dəyər itirən səhmlər isə telekom, texnologiya və əmtəə şirkətləridir.

Bununla yanaşı Çinin milli valyutası (Yuan) dollar qarşılığında 1 faiz də ucuzlaşıb.

Çin Mərkəzi Bankı koronavirus səbəbindən sarsılan birja və bazarları rahatlatmaq məqsədilə qısa vaxtda faizləri 10 faiz endirib. Bank eyni zamanda bazara 129 milyard dollar likvidilik tətbiq edib.

İqtisadçı Li Şuvei qeyd edib ki, virsun nə zaman səngiyəcəyi məsələsində mütəxəssislərin konkret fikri yoxdur və bu üzdən də birja və bazar çətin vəziyyət qarşısındadır. Onun sözlərinə görə, hazırda səhm almaq üçün tezdir, eyni zamanda 10 faiz ucuzlaşan səhmləri satmağın özü də çətindir.

Çində hər şeyin ucuzlaşdığı bir dövrdə dərman və peyvənd istehsal edən şirkətlərin səhmlərində ciddi artım qeydə alınıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}