17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ərdoğan: “Amerika məni və kəşfiyyat xidmətimin rəhbərini təhdid edir”
Tarix: 05-02-2020 14:23 | Bölmə: Slayd
Ərdoğan: “Amerika məni və kəşfiyyat xidmətimin rəhbərini təhdid edir”

“Qüds davasına sahib çıxdıq. ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanınması qərarına maneə olduq. ABŞ hökuməti ötən həftə plan açıqladı. Bu, əslində bir sülh deyil, işğal və ilhaq planıdır. Açıqlanan planın əsl hədəfi 70 ildir fasiləsiz davam edən İsrailin işğal və yerləşim siyasətini qanuniləşdirməkdir”.

Reyting.az
xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan parlamentdəki AKP-nin deputat fraksiyası qarşısında çıxışı zamanı deyib.

Prezident ritorik sual da ünvanlayıb:

“Fələstinin torpaqları 1974-cü ildən əvvəl necə indi, indi necədir? Xəritəyə baxanda Fələstin əraziləri açıq görünür. İndi edilən sadəcə, Fələstin torpaqlarını İsrailin torpaqları kimi rəsmiləşdirməkdir. Belə bir vicdansızlıq var. Bu, BMT-də müzakirə ediləcək. Əslində bu, işğal planıdır”.

Ərdoğan çıxışı zamanı deyib:

“İndi buradan soruşuram: kim buna razı ola bilər? Bu plan, 70 ildir evinə qayıtmaq üçün gözləyən fələstinlilərin geriyə qayıtmaq haqqının olmadığını söyləyir. Deməli, Tramp bu işğalçıların arxasında durur.Türkiyə bu planı həmən rədd elədi. Təpkimizi açıq ortaya qoyduq. Türkiyənin bu mövqeyi səbəbindən ərəb ölkələri də gözlənilən mövqedə qaldı. Amerika bu saat məni və kəşfiyyat xidmətimin rəhbərini təhdid edir. Nə edərsiniz, edin, bununla barışmayacağıq. Gün Fələstin davasına sahib çıxmaq günüdür”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}