Yavər Camalovun oğlunun namizədliyi ləğv olundu - MSK-dan qərar
Tarix: 05-02-2020 16:51 | Bölmə: Slayd
Yavər Camalovun oğlunun namizədliyi ləğv olundu - MSK-dan qərar

46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.

Bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə edilib.

İclasda bildirilib ki, R.Camalovun ikili vətəndaşlığı var.

Müzakirələrdən sonra 46 saylı Şirvan Seçki Dairəsinin qərarı ləğv edilib.

Qeyd edək ki, namizədliyi ləğv edilən Rəşad Camalov mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}