Koronavirusu elan edən həkim öldü - Foto
Tarix: 06-02-2020 22:03 | Bölmə: Slayd
Koronavirusu elan edən həkim öldü

Çinin Uhan şəhərində ortaya çıxan və dünyaya yayılan ölümcül koronavirusla bağlı bəd xəbərlər gəlməkdə davam edir.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, yeni bir koronavirusun ((2019-nCoV) yayılması haqqında digər tibb işçilərini və insanları ayıq olmağa çağıran çinli həkimdən acı xəbər gəlib.

Koronavirusu elan edən həkim öldü

Bu dəqiqələrdə yayılan məlumata görə, çinli həkim Li Venliang infeksiyaya yoluxduqdan sonra həyatını itirib. Yerli KİV-lərdə onun koronavirusdan öldüyü açıqlanıb.

Qeyd edək ki, dekabrın 30-da qrup söhbətində səhiyyə üzrə cavabdeh şəxslərə mesaj göndərən Venliang, bir neçə gün sonra yalan rəylər verdiyi üçün İctimai Təhlükəsizlik Bürosuna çağrılmışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}