16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
ABŞ kəşfiyyatı texnologiya oğruları ilə müharibəyə başlayır
Tarix: 07-02-2020 16:27 | Bölmə: Slayd
ABŞ kəşfiyyatı texnologiya oğruları ilə müharibəyə başlayır

Çin ABŞ üçün ən böyük təhdiddir. Federal Təhqiqatlar Bürosunun (FTB) ölkə üzrə 56 şöbəsində Çinin texnologiya oğurlamasına dair araşdırma aparılır.

Reyting.az
xəbər verir ki, bunu FTB-nin direktoru Kristofer Vray Vaşinqtonda Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkil etdiyi konfransda bəyan edib.

FTB direktoru deyib ki, Çin Amerika texnologiyasının əqli mülkiyyətini oğurlamaq üçün hər yola baş vurur.

Ötən il Çinin texnologiya oğurlamaq cəhdinə görə, 24 nəfərin həbs edildiyini bildirən FTB rəhbəri bildirib ki, 2020-ci ildən bu yana eyni səbəblərdən 19 nəfərin saxlanılıb.

Kristofer Vray Çini ən böyük təhdid hesab edir: “Amerikaya Kommunist Çindən daha böyük təhdid təşkil edən başqa bir ölkənin olduğuna inanmırıq”.

Çinin ABŞ universitetlərinin şəffaf fəaliyyəti və açıq araşdırmalarından faydalanmaq niyyətinə işarə edən FTB direktoru diqqətə çatdırıb ki, Pekin ABŞ universitetlərində qurduğu kampus şəbəkələri üzərindən texnoloji oğurluğa cəhdlər göstərir:

“Hazırda 56 şöbəmizdə və bütün sektorlar da daxil olmaqla FTB-nin əlində Çinin Amerika texnologiyasını oğurlamaq cəhdlərinə dair araşdırma aparılır”.

Milli Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru Villiam Evan isə bəyan edib ki, Çin xüsusilə ABŞ-ın təyyarə və elektriklə işləyən avtomobillərinin texnologiyasını oğurlamağa çalışır.

Onun fikrincə, Çinin həyata keçirdiyi texnologiya oğurluğu ABŞ-a illik təxminən 300-600 milyard dollara başa gəlir.

ABŞ-ın ədliyyə naziri Villiam Barr isə Çini ABŞ-ın ən nəhəng geopolitik düşməni kimi təqdim edərək Pekinin xüsusilə 5G telekommunikasiya sahəsində üstünlük əldə etdiyinə diqqət çəkib.

Nazir əlavə edib ki, onsuz da Çin məxfi şəkildə böyük bir avantaj əldə edib və hazırda 5G sahəsində liderdir: “Onlar bazarın 40 faizinə nəzarət edirlər, indi isə sürətli şəkildə nəyisə oğurlamağa çalışırlar”.

Konfrans zamanı bəlli olub ki, FTB Çin adına casusluq edən şəxslərə qarşı mübarizəni gücləndirib.

Onu da qeyd edək ki, ABŞ Dövlət Departamenti ötən il iki çinli diplomatı Virciniyadakı hərbi hissəyə girməyə çalışdıqları üçün deportasiya edib. Kəşfiyyat Agentliyinin əməkdaşı isə Çinlə casusluq əlaqəsi qurduğu üçün həbs edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}