16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan-Rusiya sərhəddində nişanlama işləri aparılır - Xələf Xələfov
Tarix: 09-02-2020 15:18 | Bölmə: Slayd
Azərbaycan-Rusiya sərhəddində nişanlama işləri aparılır

"Azərbaycan Rusiya sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı heç bir problem yoxdur".

Reyting.az
xəbər verir ki, bunu APA-ya açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, demarkasiya komissiyası işini davam etdirir: "Bir müddət əvvəl Moskvada iclas keçirib protokolları imzaladıq. Yeni iş cədvəlimizi müəyyən etdik. Hazırda delimitasiya olunmuş sərhədlərdə sərhəd nişanlarının qoyulması ilə bağlı işlər davam etdirilir".

Nazir müavini qeyd edib ki, təxminən 100 kilometrdən çox yer artıq sərhəd nişanları ilə təchiz olunub. Qalan hissələr də mərhələli şəkildə davam etdiriləcək.

X. Xələfov Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələyə də toxunub.

Nazir müavini deyib ki, Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüş yaxın zamanlarda Qazaxıstanda olacaq.

Onun sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında Xəzərdə sektorların razılaşdırılması ilə bağlı təmaslar kəsilməyib, bu, mütəmadi xarakter daşıyır.

“Bu, Azərbaycan-Türkmənistan münasibətlərində aktual məsələlərdən biri kimi qalmaqdadır. Bu məsələ üzərində iş gedir, müzakirələri davam etdiririk. Həmin görüşdə Türkmənistan nümayəndəsi də iştirak edəcək”, - deyə naziri müavini qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}