16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyə XİN Azərbaycan prezidentini təbrik edib
Tarix: 10-02-2020 00:08 | Bölmə: Slayd
Türkiyə XİN Azərbaycan prezidentini təbrik edib

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Milli Məclisinə keçirilən seçkilərlə bağlı açıqlama yayıb.

Türkiyə XİN-in açıqlamasında deyilir ki, fevralın 9-da qardaş Azərbaycanda keçirilən parlament seçkilərinin uğurlu olmasını arzu edirik.

Açıqlamada seçkilərin bütün ölkə boyu sabit və demokratik şəraitdə keçirilməsi təqdirəlayiq hesab edilib: “Yeni Azərbaycan Partiyasının seçkilərdə qalib olması ilə əlaqədar partiyanın lideri, Przident İlham Əliyev təbrik edirik”.

Türkiyə XİN Azərbaycanda aidiyyəti dairələrin seçkilərin demokratik və şəffaf keçirilməsi üçün əvvəlcədən göstərdikləri cəhdləri və xalqın seçki prosesində nümayiş etdirdiyi fəallığı yüksək dəyərləndirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}