Casus təyyarəsinin sağ qalan sərnişinləri əsir götürülüb
Tarix: 11-02-2020 13:32 | Bölmə: Slayd
Casus təyyarəsinin sağ qalan sərnişinləri əsir götürülüb

Əfqanıstanın Qəzni əyalətində qəzaya uğradığı iddia olunan casus təyyarəsinin sağ qalan sərnişinləri “Taliban”ın əsirliyindədir.

Reyting.az
“Noor News”-a istinadla xəbər verir ki, “Bombardier” tipli təyyarənin “Taliban”ın hücumuna məruz qaldığı, ya da texniki nasazlıq ucbatından qəzaya uğradığı söylənilir. Hadisədən iki həftə keçsə də, amerikalılar hələ də təyyarənin niyə və necə qəzaya uğraması və heyətin tərkibi barədə rəsmi açıqlama verməyiblər.

Eyni zamanda, “Taliban” nümayəndəsi Zabihullah Mujahed uçuşda ABŞ Mərkəzi Kəşfiyyatının (CIA) yüksək rütbəli zabitlərinin olduğunu və ABŞ hərbi təyyarəsinin vurulduğunu iddia edib.

Pentaqon isə casus təyyarəsində cəmi 2 hərbçinin olduğunu bildirib. ABŞ komandosları cəsədləri hadisə yerindən çıxarıb və onların adları açıqlanıb.

Qeyri-rəsmi məlumatlar və mətbuatda yayılan fərziyyələrdən 2 gün sonra ABŞ Mərkəzi Komandanlığının (SENTCOM) rəhbəri general MakKenzi Əfqanıstana gizli səfər edib.

Qeyd edək ki, Qəzni vilayətinin polis rəisi Xalid Vartek hadisə yerində 6 cəsədin olduğunu bildirib. Daha sonra “Təsnim” agentliyi “Taliban” mənbələrinə istinadla sərnişinlərin sayının 18 nəfər olduğunu yazıb.

Lakin başlıca fərziyyələrdən biri casus təyyarəsində CIA-nın İran üzrə strateqi Maykl D`Andreanın – “Ayətullah Mayk”ın olub-olmamasıdır.

“Mashreq News” təyyarədə 2 nəfərdən çox adam olduğunu və sağ qalmış sərnişinlərin hazırda “Taliban”ın əsir götürüldüyünü iddia edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}