14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Məşhur şirkət Türkiyənin sirlərini oğurlamaqda ABŞ-a kömək edib - Foto
Tarix: 16-02-2020 19:28 | Bölmə: Slayd
Məşhur şirkət Türkiyənin sirlərini oğurlamaqda ABŞ-a kömək edib

Hollandiyanın texnologiya nəhəngi “Philips”-in Türkiyədə şifrəli daxili danışıqların dinlənilməsi üçün ABŞ-a kömək etdiyi iddia olunur.

Reyting.az
“Euronews”-a istinadla xəbər verir ki, Amerika və Almaniya kəşfiyyatlarının bütün dünyaya şifrəli rabitə cihazı satan “Crypto AG” şirkəti ilə bağlı qalmaqaldan sonra “Philips”-in köhnə işçisi kriptoloq Kees Yansen Türkiyəyə qırılması asan şifrələmə cihaz satıldığını söyləyib.

Yansen ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) “Philips”-dən necə faydalandığını izah edib. O, şifrəni sındırmaq üçün asanlaşdırdıqları cihazın “Aroflex” adlı bir teleks olduğunu və cihazın 1976-19 1982-ci illər arasında NATO üzvləri tərəfindən etibarlı rabitə kimi istifadə edildiyini bildirib.

Türkiyə hökuməti səfirliklərlə əlaqə qurmaq və onlardan daxili danışıqlarda istifadə etmək üçün NSA vasitəsilə bu cihazdan alıb.

Məşhur şirkət Türkiyənin sirlərini oğurlamaqda ABŞ-a kömək edib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}