ABŞ-dakı prezident seçkiləri ilə bağlı daha bir qalmaqal: Rusiya kəşfiyyatının sirri açıldı
Tarix: 22-02-2020 14:11 | Bölmə: Slayd
ABŞ-dakı prezident seçkiləri ilə bağlı daha bir qalmaqal: Rusiya kəşfiyyatının sirri açıldı

Rusiya ABŞ-da bu il keçiriləcək prezident seçkilərində Demokrat Partiyasından namizədliyini irəli sürən Bernie Sandersin qələbə qazanması üçün seçkilərə müdaxilə edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ kəşfiyyatı Rusiyanın Sandersin partiya daxilindəki seçkilərdə qalib gəlməsi üçün müdaxilələr etdiyini müəyyənləşdirib və bu barədə prezidentliyə namizəd olan Sandersin özünü məlumatlandırıb.

Bundan başqa, kəşfiyyat ABŞ prezidenti Donald Trampa və Konqres üzvlərinə bu barədə məlumat verib.

ABŞ-dakı prezident seçkiləri ilə bağlı daha bir qalmaqal: Rusiya kəşfiyyatının sirri açıldı
Sanders

Sanders bu mövzuda ortaya çıxan iddialardan sonra açıqlama verərək bildirib ki, ABŞ kəşfiyyatı bir ay öncə bu barədə ona geniş informasiya çatdırıb.

Prezidentliyə namizəd Rusiya prezidenti Vladimir Putin haqqında “quldur” ifadəsini işlədib.

Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə qarşı çıxan Sanders “Prezident Trampdan fərqli olaraq seçkilərimizə müdaxilə etməyə çalışan xarici qüvvələrə qarşıyam”, - deyib.

Bernie Sanders Rusiyanın ABŞ demokratiyasını zəiflətməyə çalışdığını bildirib. Deyib ki, Putinin kimin ABŞ prezidenti olmasını istəməsinin mənim üçün fərqi yoxdur: “Putinə mesajım açıq və qətidir: Amerikadakı seçkilərdən uzaq dur!”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}