17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Koronavirus Azərbaycana çatıb? – İki qurum birgə məlumat yaydı
Tarix: 23-02-2020 23:33 | Bölmə: Slayd
Koronavirus Azərbaycana çatıb? – İki qurum birgə məlumat yaydı

Sosial şəbəkələrdə koronavirusun artıq Azərbaycana çatdığı və xeyli sayda insanın yoluxması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, koronavirusa yoluxmuş şəxslər Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilir.

Reyting.az
xəbər verir ki, sosial şəbəkələrdə yayılmış bu məlumatlarla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar.

Birgə məlumatda bildirilir ki, ölkəmizdə koronavirusun yayılması ilə bağlı sosial şəbəkələrdəki məlumatlar və səs yazısı həqiqəti əks etdirmir.

Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

Birgə məlumatda qeyd olunur ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}