Mehriban Əliyeva: “Xocalı faciəsinin soyqırımı aktı kimi tanıdılmasına nail oluruq”
Tarix: 26-02-2020 01:03 | Bölmə: Slayd
Mehriban Əliyeva: “Xocalı faciəsinin soyqırımı aktı kimi tanıdılmasına nail oluruq”

"Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir".

Reyting.az
xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "İnstagram" hesabında yazıb.

Birinci vitse-prezident qeyd edib ki, bu hadisə xalqımızı sarsıtsa da, iradə və əzmini sındırmadı: “Bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq.

Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}