14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Türkiyə xüsusi təyinatlı hərbi qüvvələrini Suriyaya yeritdi - Video
Tarix: 27-02-2020 10:10 | Bölmə: Slayd
Türkiyə xüsusi təyinatlı hərbi qüvvələrini Suriyaya yeritdi - Video

Türkiyənin İdliblə bağlı Bəşər Əsədə verdiyi vaxt qısalır. Bu səbəbdən də, Türkiyə-Suriya sərhəddində hərəkətlilik artıb.

Reyting.az
xəbər verir ki, İstanbul 23-cü briqadanın 400 xüsusi təyinatlısı (komando) xüsusi hərbi təyyarə ilə Hatay hava limanına gətirilib.

Qeyri-rəsmi məlumatlara görə, Hataya gətirilən 400 xüsusi təyinatlı Suriyadakı xüsusi əməliyyatlarda iştirak edəcək.

Xüsusi təyinatlılar artıq avtobuslarla Suriya ilə sərhəddə daşınırlar. Sərhəddən isə xüsusi hərbi avtomabillərlə Suriyadakı Türkiyəyə məxsus hərbi düşərgələrə göndəriləcəklər.

Bu arada məlum olub ki, Türkiyənin İdlibdə dəstəklədiyi silahlı müxalifət Serakib kəndini Bəşər Əsədə bağlı qüvvələrdən təmizləyib.

Analitiklərin fikrincə, Putin-Ərdoğan görüşündən bir həftə əvvəl İdlibdə baş verən bu qanlı toqquşmalar göstərir ki, hər iki lider mövqeyindən geri çəkilməyib və tərəflər danışıqlar masasında güclü görünməyə çalışırlar.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}