Beriya gələcək arvadını kimdən istəmək üçün Bakıya gəlmişdi? - Foto
Tarix: 01-03-2020 19:53 | Bölmə: Slayd
Beriya gələcək arvadını kimdən istəmək üçün Bakıya gəlmişdi?

Stalinin təhlükəsizlik rəhbəri Lavrenti Beriyanın adı sadə vətəndaşlarda vahimə yaradırdı.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, Beriya vahiməli şəxs təsiri bağışlasa da, onun həyat yoldaşını Kremlin ən birinci sadə gözəli hesab edirdilər.

Nino Beriya cazibədar qaraşın idi, gözləri parıldayırdı və bir çox kişi onun yanından keçəndə ah çəkirdi. Lakin heç kimlə sevgi romanı yaşamayıb – bütün həyatı boyu ərinə sadiq qalıb. Bu sadiqliyi hətta Beriya olmayanda belə dəyişməyib.

Nino və Lavrenti necə tanış olublar?

N. Zenkoviç “Marşallar və baş katiblər” kitabında gələcək ər-arvadın tanışlığını belə təsvir edir. Guya 16 yaşlı Nino Beriyanın doğulduğu Merxeuli kəndi yaxınlığındakı minqrellərin yaşadığı kənddən həbsdəki qardaşını xahiş ertmək üçün gəlir. Suxumidəki dəmiryolu stansiyasında qatar dayanır və Beriya da həmin qatarla Tbilisiyə getməyə hazırlaşır.

Bu, 1920-ci illərin əvvəllərində olub. Qız qardaşı ilə bağlı xahiş edir, Lavrenti onu kupeyə - yanına çağırır. O, qapını bağlayıb Ninonu zorlayır. Bundan sonra öz kupesində bir neçə gün saxlayır və onun arvadı olmasını təklif edir. Doğrudur, Nino Teymurazovna bu təfərrüatı təkzib edirdi. O iddia edirdi ki, Beriya tanışlıqlarından bir neçə ay sonra ona ərə getməyi təklif edib.

İ. A. Mudrova isə “Sevginin böyük tarixi. Böyük duyğu haqqında 100 hekayə” kitabında yazır: “Lavrenti Beriya Nino Teymurazovna Qeqeçkori ilə evli olub. O, bolşevik Saşa Qeqeçqorinin qardaşı qızı və 1920-ci ildə Gürcüstan hökumətinə başçılıq edən menşevik və mason Qeqeçqorinin əmisiuşağı, Gürcüstanın menşevik hökumətinin xarici işlər naziri, hakimiyyəti bolşeviklər ələ keçirəndən sonra xaricə qaçan Noya Jordaniyanın əmisi qızı olub.

1920-ci illərin əvvəllərində yetim qalan Nino qohumu Saşa Qeqeçqorinin ailəsində yaşayıb. Saşa bolşevik fəaliyyətinə görə həbsxanaya düşəndə qız ona ərzaq aparıb və onun kamera yoldaşı Lavrenti Beriya ilə tanış olub. Gürcüstanda sovet hökuməti bərpa olunanda Beriya Qeqeçqoridən Ninonu istəmək üçün şəxsən özü Bakıya gedib. Lakin o, qız yetkinlik yaşına çatmadığı üçün imtina edib. Bundan sonra Nino özbaşına Lavrentiyə ərə getmək qərarına gəlib.

Nino Tbilisidə nəşr olunan “7 dqe” qəzetinə müsahibəsində hadisələri belə izah edib. Onun sözlərinə görə, sovet hakimiyyəti Lavrentini neft emalı məsələlərini öyrənmək üçün Belçikaya göndərməyə hazırlaşıb. Bu zaman belə bir şərt də irəli sürülüb: o, evli olmalıdır. “Mən fikirləşdim və razılaşdım: yad ailədə yaşamaqdansa, öz ailəmi yaratmaq daha yaxşıdır”, - Nino belə izah edib.

Kreml arvadı


O zaman 22 yaşlı gənclə 16 yaşlı qızın evlənməsi normal qarşılanırdı. Nino Teymurazovna dəfələrlə əminliklə deyib ki, nikaha öz istəyi ilə girib. Lakin Belçkiaya getmək mümkün olmayıb. Ailə Gürcüstanda yaşayıb, sonra Moskvaya köçüb, Nino burada Timiryazev akademiyasında elmi əməkdaş olub.

Beriya gələcək arvadını kimdən istəmək üçün Bakıya gəlmişdi?

Beriya Stalinin yaxın ətrafına daxil olub, müdafiə sənayesi nüvə silahı və raket texnologiyasının inkişafı məsələləri ilə də məşğul olub. Digər çoxsaylı rəhbər işçilərin - Molotov, Kalinin, Budyonnıy, Poskerbışevin arvadlarından fərqli olaraq Beriyanın arvadı heç vaxt repressiya altına düşməyib.

Ona digər “Kreml arvadları” paxıllıq edirdi: aralarında, o, birinci gözəl kimi tanınırdı, zərif paltarlar geyinirdi, həmişə qüsursuz görünürdü, ağıllı, zərif idi, heyrətamiz zövqü və üslub hissi ilə fərqlənirdi.

Beriyanın dul qadını

Onların ailəsində qara xətt Stalinin ölümündən sonra başlayır. Nikita Xruşşov 1953-cü il iyunun 26-da SSRİ Nazirlər Sovetinin iclasını çağırır və Beriyanın uyğun olub-olmaması məsələsini qaldırır. Nəticədə Lavrenti Pavloviçi bütün postlardan uzaqlaşdırıb, hakimiyyəti ələ keçirmək məqsədilə casusluq və sui-qəsd ittihamları ilə həbs edirlər. Bundan əlavə, o, cinsi əxlaqsızlıqda günahlandırılır. Onun çox sayda sevgilisi var idi və hamısı da könüllü olaraq onunla əlaqə qurmurdu. Nino Teymurazovna Beriya ilə bağlı ifadəsində, sonradan müsahibəsində bu informasiyanı təkzib edirdi. O iddia edirdi ki, onun ərinin guya münasibətdə olduğu bütün qadınlar sözün həqiqi mənasında dövlət təhlükəsizliyinin casusları olublar. Onun sözlərinə görə, Beriya günlərlə vaxtını işdə keçirib, onun sadəcə, sevgi romanı yaşamağa vaxtı olmayıb...

Beriyanın həbsindən sonra Nino Teymurazovna və oğlu Serqonu Moskva ətrafındakı dövlət bağılarından birində ev dustalığında saxlayıb, sonradan həbsxanaya göndərirlər. 1954-cü ilin sonuna qədər onların ikisi də təkadamlıq kamerada saxlanılıb: O, Lubyankada, oğlu isə Lefortovo həbsxanasında. Ninoya təsir etmək üçün oğlunun hətta güllələnməsi kimi səhnə də düşünürdülər...

Beriya güllələnəndə ailə Sverdlovska göndərilir. Serqo orada baş mühəndis kimi işə düzəlir, lakin anası daimi nəzarət altında saxlanılır. Sürgün müddəti başa çatandan sonra onlar Gürcüstana qayıdırlar, oradan məcburi şəkildə yenə Rusiyaya aparılırlar.

Sonradan Nino Teymurazovnanın ağır xəstəliyinə görə tanınmış alimlərin tələbi ilə ailənin Kiyevə gedişinə razılıq verilir. Nino Beriya 1990-cı illərin ortalarında, Serqo Beriya isə 2000-ci ildə Kiyevdə rəhmətə gedirlər.

Nino Teymurazovna ölümündən az əvvəl verdiyi müsahibəsində ərini tamamilə haqlı çıxarıb. O iddia edirdi ki, Lavrenti Pavloviç kütləvi repressiya ilə bağlı olmayıb, çünki Beriya ailəsi Moskvaya yalnız 1938-ci ildə gəlib, repressiyaların əsas hissəsi isə 1937-ci ildə aparılıb.

Həyat yoldaşının sözlərinə görə, Beriya gündəlik həyatında sakit, təmkinli olub, heç vaxt səsinin tonunu qaldırmayıb, arvadını, oğlunu və nəvələrini sevib, hər boş dəqiqəsini yaxınları ilə birlikdə keçirməyə cəhd edib.

Onun fikrincə, ərini məhkəməsiz və istintaqsız öldürüblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər