Politoloq: “Türkiyəni özünün kiçik portnyoruna çevirməyi mümkün sayanlar yanılır” - Foto
Tarix: 02-03-2020 17:33 | Bölmə: Slayd
Politoloq: “Türkiyəni özünün kiçik portnyoruna çevirməyi mümkün sayanlar yanılır”

“Türkiyə ilə Rusiyanın strateji müttəfiqliyi haqda əvvəllər deyilənlər doğru deyil. Türkiyə NATO üzvüdür və bu qurumu buraxaraq Rusiya ilə müttəfiqlik edəcəyinə dair yanaşmalar heç zaman ağlabatan görünməyib”.

Bunu Reyting.az-a politoloq Rasim Musabəyov Rusiya-Türkiyə münasibətlərini şərh edərkən bildirib.

R. Musabəyov son Suriya olaylarından sonra bu iki ölkə arasında qəti anlaşma əldə ediləcəyini də gözləmir.

Politoloq xatırladıb ki, əslində Rusiya ilə Türkiyənin müttəfiqliyi konkret vəziyyətdən asılı olaraq həyata keçirilir. Yəni hər bir tərəfin öz marağı və strateji xətti var:

Politoloq: “Türkiyəni özünün kiçik portnyoruna çevirməyi mümkün sayanlar yanılır”
R. Musabəyov

“Rusiyada kimlərsə Türkiyənin Qərblə münasibətlərinin pisləşdiyini düşünüb, onun üzərinə getməklə, özünün kiçik portnyoruna çevirməyi mümkün sayırsa, səhv edir. Bu, qeyri-mümkündür. Rusiya ilə yaxın münasibətlərdə olduğu, eyni zamanda çətin vəziyyətdə olan İran heç belə yanaşmanı qəbul etmir. Ağlı başında olmayan insanlar bunu Türkiyədənmi gözləyirlər? Bu, qeyri-mümkündür”.

R. Musabəyov əlavə edib ki, Türkiyə bundan sonra da hazırki siyasətini davam etdirəcək və rus generalları özlərini təhlükəli apardığı təqdirdə ağır zərbələrlə üzləşəcəklər. “Ancaq heç bir halda açıq Türkiyə-Rusiya müharibəsinin baş verəcəyi gözlənilmir. Əminəm ki, Moskvada da, Ankarada da vəziyyətin təhlükəliliyini düzgün qiymətləndirən insanlar var və bu məsələyə ağıllı yanaşlar önə çıxacaq”,- R. Musabəyov qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər