Türkiyə hərbi təyyarəsi Rusiya üzərində uçuşa başlayıb
Tarix: 03-03-2020 10:35 | Bölmə: Slayd
Türkiyə hərbi təyyarəsi Rusiya üzərində uçuşa başlayıb

Rusiya-Türkiyə münasibətlərində gərginliyin pik nöqtədə olduğu bir mərhələdə türk hərbi təyyarəsi Rusiya səmasında uçuşa başlayıb.

Reyting.az
xəbər verir ki, Rusiya Milli Nüvə Risklərinin Azaldılması Mərkəzinin rəhbəri Sergey Rijkov bu faktı təsdiq edib.

Sergey Rıjkov bildirib ki, Türkiyə Açıq Səma Razılaşması çərçivəsində Rusiya üzərində müşahidə uçuşu həyata keçirir.

Qeyd edilir ki, ötən həftə rus hərbi təyyarəsi də bu anlaşma çərçivəsində Türkiyə üzərində müşahidə uçuşu həyata keçirib.

Sergey Rıjkov əlavə edib ki, Türkiyə hərbi təyyarəsi Rusiya üzərində müşahidə uçuşuna martın 2-də başlayıb. Onun sözlərinə görə, uçuşlar martın 6-na qədər davam edəcək:

“Açıq Səma Anlaşması çərçivəsinin bir parçası olaraq Türkiyə hərbi mütəxəssisləri tərəfindən Rusiya Federasiyasının torpaqları üzərində türk təyyarəsi CN-235 Kubinka hava limanında müşahidə uçuşuna başlayacaq. Bu uçuşlar Rusiyanın müəyyən etdiyi parametrlər və anlaşmaya uyğun çərçivədə baş verəcək”.

Mütəxəssis əlavə edib ki, bu razılaşma əsasənda Rusiya və Almaniya üzərində müşahidə uçuşları həyata keçirib:

“Rusiyanın An-30B müşahidə təyyarəsi Almaniya üzərində uçuş həyata keçirəcək. Rus təyyarəsi Almaniyanın Köln və Bonn şəhərinin səmalarında görünəcək”.

Məlumat üçün xatırladaq ki, 1992-ci ildə Helsinkidə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvü olan 23 ölkənin təmsilçisi tərəfindən Açıq Səma razılaşması imzalanıb. Bu razılaşmaya əsasən ölkələr digər ölkələr üzərində müşahidə uçuşları həyata keçirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər