Türk ordusu Qaplan Qüvvələrinin komandanını vurdu - Fotolar
Tarix: 04-03-2020 23:23 | Bölmə: Slayd
Türk ordusu Qaplan Qüvvələrinin komandanını vurdu

Türk Silahlı Qüvvələri (TSK) Bəşər Əsəd rejiminə ağır zərbələr vurmaqda davam edir.

Reyting.az
xəbər verir ki, Türk ordusuna məxsus Pilotsuz Uçuş Aparatları (PUA) Rusiya tərəfindən dəstəklənən və Əsəd rejiminin Qaplan Qüvvələri adlandırdığı xüsusi təyinatlı qüvvələrinin komandanı Süheyl Həsəni nöqtə atışı ilə vurub.

Məlumata görə, Süheyl Həsən ağır yaralanıb və reanimasiya şöbəsinə çatdırılıb.

Türk ordusu Qaplan Qüvvələrinin komandanını vurdu

Suriya mənbələri Süheyl Həsənin Serakibdə TSK tərəfindən vurulduğunu və dərhal xəstəxanaya çatdırıldığını bildirir.

Qeyd edək ki, 4 gün əvvəl Süheyl Həsən verdiyi açıqlamada “Türkiyənin əsl hədəfi Hələbdir. Ancaq açıq deyirik, İstanbul məğlub olar, Hələb məğlub olmaz”,- ifadələrini səsləndirib.

Əlavə edək ki, Suriya rejiminin Qaplan Qüvvələri adlandırdığı xüsusi təyinatlıların komandanı Süheyl Həsən indiyə qədər bir neçə dəfə sui-qəsd aktına məruz qalsa da, canını xilas edə bilib.

Bəşər Əsədin etimad etdiyi şəxslərdən olan general Süheyl Həsən Rusiya Federasiyasının Baş Qərargahı tərəfindən mükafata layiq görülmüşdü.

Türk ordusu Qaplan Qüvvələrinin komandanını vurdu

Reyting.az




Bölməyə aid digər xəbərlər