İdlibdə gərgin anlar: Rusiya və Türkiyə qırıcıları üz-üzə gəldi - Foto
Tarix: 05-03-2020 09:58 | Bölmə: Slayd
İdlibdə gərgin anlar: Rusiya və Türkiyə qırıcıları üz-üzə gəldi

Türk Hava Qüvvələrinin “F-16” qırıcıları İdlibdə “Bahar qalxanı” əməliyyatı bölgəsinə yaxınlaşan Rusiya qırıcılarına qarşı havaya qaldırılıb.

Reyting.az
xəbər verir ki, Türkiyənin SavunmaSanayisiST.com-un məlumatına görə, Rusiya Federasiyasının Hərbi Hava Qüvvələrinə aid hərbi təyyarələr “Bahar qalxanı” əməliyyatının keçirildiyi bölgədə olan Türk Silahlı Qüvvələrinə aid birliklərə yaxınlaşıb.

Bundan dərhal sonra Türk Hava Qüvvələrinə aid “F-16” qırıcıları əməliyyat mərkəzindən verilən əmrə əsasən, havaya qaldırılıb və Suriya sərhədlərində bir müddət uçuşlar həyata keçirib. Beləcə, rus qırıcılarının əməliyyat bölgəsindən ayrılması ilə havadakı gərginlik sona çatıb.

İdlibdə gərgin anlar: Rusiya və Türkiyə qırıcıları üz-üzə gəldi

Qeyd edək ki, bu gərgin hadisə Ərdoğan və Putinin bu günə planlaşdırılan görüşü ərəfəsində yaşanıb.

Rusiya hava qüvvələrinə aid təyyarələr gün ərzində İdlibin şərq və cənub bölgələrini bombalayıb.

Türk ordusu isə “Bahar qalxanı” əməliyyatını davam etdirir. Son 24 saatda 1 təyyarə, 1 dron, 6 tank, 5 zirehli nəqliyyat vasitəsi, 2 hava hücumundan müdafiə sistemi, 6 hərbi avtomobil, 1 silah anbarı və 327 Əsəd əsgərini məhv edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər