Sorğunun nəticələri: türklərin təxminən 50 faizi İdlibdə əməliyyatın əleyhinədir - Fotolar
Tarix: 05-03-2020 20:01 | Bölmə: Slayd
Sorğunun nəticələri: türklərin təxminən 50 faizi İdlibdə əməliyyatın əleyhinədir

Metropoll Araşdırma Şirkəti "Türkiyənin nəbzi - yanvar 2020" anket sorğusu keçirib.

Reyting.az
“İndependent Turkish”-ə istinadla xəbər verir ki, "Ümumi olaraq düşündüyünüzdə Rəcəb Tayyib Ərdoğanın prezidentlik tərzinə etimad göstərirsinizmi" sualına respondentlərin 41,9 faizi "Bəli", 46 faizi "Xeyr" cavabı verib. 12,1 faizi "heç bir fikrim yoxdur" deyib.

Şirkət, həmçinin Ərdoğanın missiyanı təsdiq reytinqini paylaşıb.

Türkiyəlilərin 30,7 faizi İdlib əməliyyatına dəstək versə də, 48,8 faizə yaxını əməliyyata “yox” deyib. 20 faiz - “heç bir fikrim yoxdur”,- deyib.

Respondentlərin 70,5 faizi suriyalı mühacirlərin iqtisadiyyata ziyan vurması fikrindədir. 60 faiz onların müharibədən sonra evlərinə qayıtması tərəfdarıdır. 76,6 faizlik bölüm isə miqrantlara Türkiyə vətəndaşlığı verilməsi fikrini dəstəkləyir.

Sorğunun nəticələri: türklərin təxminən 50 faizi İdlibdə əməliyyatın əleyhinədirSorğunun nəticələri: türklərin təxminən 50 faizi İdlibdə əməliyyatın əleyhinədir

Reyting.az




Bölməyə aid digər xəbərlər