Sabiq nazir Əli Abbasova yeni vəzifəyə təyin olunub
Tarix: 06-03-2020 16:40 | Bölmə: Slayd
Sabiq nazir Əli Abbasova yeni vəzifəyə təyin olunub

Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilib.

Bununla bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq əmr imzalayıb.

R. Mehdiyevin digər əmri ilə “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə, AMEA-nın müşaviri, akademik Əli Abbasov təyin edilib.

Akademiyadan bildirilib ki, E. Məmmədov AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Ə. Abbasovla bağlı ilk xəbəri unikal.org yayıb.




Bölməyə aid digər xəbərlər