Azərbaycanda dərslərin bağlanma müddəti uzadıldı - Hökumətdən daha bir qərar
Tarix: 07-03-2020 16:48 | Bölmə: Slayd
Azərbaycanda dərslərin bağlanma müddəti uzadıldı - Hökumətdən daha bir qərar

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan Reyting.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.




Bölməyə aid digər xəbərlər