Türkiyənin ən zəngin ailələri – İlk pilləni kim tutur? - Siyahı
Tarix: 08-03-2020 19:42 | Bölmə: Slayd
Türkiyənin ən zəngin ailələri – İlk pilləni kim tutur?

“Forbes Türkiyə” 2020-ci ilə bağlı "Ən zəngin ilk 100 Türk" siyahısını açıqlayıb.

Reyting.az
xəbər verir ki, 2019-cu ildə 26 olan milyarderlərin sayı 2020-ci ildə 29-a yüksəlib. Siyahının başında 4.7 milyard dollar sərvəti ilə “Yıldız Holdinq”in sahibi Murat Ülker gəlir. Digər tərəfdən, keçən ilin “çempionu” olan “Rönesans Holdinq”in patronu Erman Ilıcak bu il ikinci pilləyə düşüb.

Ən zəngin 100 türkün siyahısındakıların əksəriyyətinin bir-biri ilə ailə münasibətləri var. Məsələn, ənənəvi zənginlər – Sabancı Ailəsi siyahıda 7, Koç Ailəsinin 8 üzvü.

Bugünkü lider Murat Ülker 2010-cu ildə 5-ci yerdə idi.

Ümumi sıyahıda ən tanınan ailələrin sırvəti bu cürdür:

KOÇ AİLƏSİ

Semahat Arsel: 1.9 milyard dollar

Rahmi Koç: 1.8 milyard dollar

Suna Kıraç: 1,6 milyard dollar

Ömer Koç: 800 milyon dollar

Ali Koç: 700 milyon dollar

İpek Kıraç: 600 milyon dollar

Aylin Elif Koç: 450 milyon dollar

Esra Çiğdem Koç: 450 milyon dollar.

SABANCI AİLƏSİ

Çiğdem Sabancı: 750 milyon dollar

Suzan Sabancı: 750 milyon dollar

Serra Sabancı: 700 milyon dollar

Ömer Sabancı: 550 milyon dollar

Dilek Sabancı: 525 milyon dollar

Sevil Sabancı: 525 milyon dollar

Demet Sabancı: 500 milyon dollar.

DOĞAN AİLƏSİ

Aydın Doğan: 1,1 milyard dollar

Hanzade Doğan: 500 milyon dollar

Arzuhan Doğan Yalçındağ: 400 milyon dollar

Begümhan Doğan Fakaryalı: 400 milyon dollar

Işıl Doğan: 400 milyon dollar

Vuslat Doğan Sabancı: 400 milyon dollar.

Reyting.az




Bölməyə aid digər xəbərlər