Neft krallarının 2020 müharibəsinə səbəb nədir?
Tarix: 09-03-2020 20:59 | Bölmə: Slayd
Neft krallarının 2020 müharibəsinə səbəb nədir?

Səudiyyə Ərəbistanı ilə Rusiya Federasiyası Vyanada razılığa gəlmədikləri üçün Riyad neft hasilatını artıraraq bazarda nefti çoxaltmaq qərarını verib. Bu səbəbdən də brend markalı neftin 1 barelinin qiyməti dünya bazarında 32 dollara enib.

Görəsən, Səudiyyə rəhbərliyi niyə hasilatı artırmaq və bazara daha çox neft çıxarmaq qərarı verib? Rusiya niyə hasilatın artırılmasına qarşı çıxır? ABŞ bu böhrandan təsirlənə bilərmi?

Reyting.az 2020-ci ilin ilk neft müharibəsinin səbəblərinə toxunub.

Səudiyyə Ərəbistanı niyə neftin qiymətini aşağı salır?

“Financial Times” nəşrinin analizinə görə, Səudiyyə Ərəbistanı koronavirus səbəbindən neftin satışının təsirə məruz qalmaması üçün dünya bazarında neftin qiymətinin məhz özü tərəfindən müəyyənləşdirilməsini istəyir. İqtisadiyyatı neftə bağlı olan Səudiyyə Ərəbistanı qiymətləri düşürməklə daha az gəlir əldə etsə də, neft satışını artırmaqla vəziyyətdən çıxmaq istəyir.

Neft krallarının 2020 müharibəsinə səbəb nədir?

Rusiya nə üçün qiymətlərin ucuzlaşdırılmasına qarşıdır?

Rusiya rəsmiləri koronavirusun iqtisadiyyata təsirlərini tam görmədən neftin qiymətini aşağı salmaq istəmir. Rusiya eyni zamanda dünyanın ən böyük neft hasilatçısı olan ABŞ-ın neft sənayesini ağır duruma salmağa çalışır.

Neftin ucuzlaşması ABŞ-a necə təsir edəcək?

Şist neft istehsalı ilə dünyanın ən böyük neft hasilatçısı olan ABŞ-da şist neft sektoru gəlirlilik baxımından ağır duruma düşür. Şist neft istehsalından əldə olunan gəlir azdır, indi isə daha da azalacaq. Üstəlik, qayaların lay qatlarından nefti çıxaran şirkətlərin borcları və bank kreditləri var. Bu, əslində ABŞ iqtisadiyyatı üçün ciddi risk deməkdir.

Prezident Tramp üçün neftin qiymətinin enməsi ayrıca bir risk daşıyır. Trampın seçkilərdə əsas səs bazası Texas və Şimali Dakota əyalətlərinin iqtisadiyyatı neftə bağlıdır. Neftin qiymətindəki ucuzlaşma bu iki ştata ciddi təsir edəcək.

Neft krallarının 2020 müharibəsinə səbəb nədir?

Neftin ucuzlaşması davam edəcəkmi?

Koronavirusla bağlı ən kiçik hadisə belə neftin qiymətlərinə təsir göstərir. Virusla bağlı Çin sənayesində müşahidə olunan geriləmə neftə təlabatı azaldıb və hasilat aşağı düşüb. Hazırda dünyanın tanınmış neft mütəxəssisləri qiymətlərin enmək üzrə davam edib-etməyəcəyi haqda proqnozlar verməkdən qaçırlar. Səudiyyə Ərəbistanının hansı müddətə qədər neftin qiymətini bu şəkildə saxlayacağı isə bütün dünya mərkəzləri tərəfindən maraqla müşahidə olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər