Rusiya-Türkiyə razılaşması pozulur: İran və Əsəd qüvvələri atəşkəsə məhəl qoymur
Tarix: 10-03-2020 12:05 | Bölmə: Slayd
Rusiya-Türkiyə razılaşması pozulur: İran və Əsəd qüvvələri atəşkəsə məhəl qoymur

Türkiyə və Rusiya Moskvada İdliblə bağlı atəşkəs razılığı əldə etdikdən 10 dəqiqə sonra İran anlaşmanı pozmağa başlayıb.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla bildirir ki, İdlib ətrafındakı həm İrana bağlı milislər, həm də Əsəd rejiminin tabeliyindəki silahlılar atəşkəsin başlamasından 10 dəqiqə sonra Türkiyənin bölgədəki müşahidə postlarına hücum ediblər.

Qeyd edək ki, İdlibdə atəşkəs rejimi martın 6-sı, saat 00:01-də tətbiq olunmağa başlayıb. Saat 00:10-da isə atəşkəs pozulub. Atəşkəsin tətbiq edildiyi birinci günün sonunda isə 15 dəfə silahlı müqavimət olub.

Rusiya-Türkiyə razılaşması pozulur: İran və Əsəd qüvvələri atəşkəsə məhəl qoymur

Məlumata görə, Əsəd rejiminin atəşkəsi pozması zamanı 50 ədəd mərmidən istifadə edilib. Atəşkəs sonrakı günlərdə də pozulub. Əsədə bağlı silahlılar həm İdlibin cənubunda, həm də Hamada atəşkəsin dəfələrlə pozub.

Hətta türk və rus əsgərlərinin birgə həyata keçirdiyi patrul xidməti zamanı da onlara güllə atılıb. Türk ordusunun patrul kalonu Urum As Sugara bölgəsində pulemyotla atəşə tutulub. Başqa bölgədə isə türk əsgərləri istiqamətində 3 mərmi atılıb.

Bildirilir ki, rejim qüvvələri atəşkəsdən sonra El Brej və Maaret Muhes kəndlərini işğal edib, bir müddət sonra isə geri çəkilmək məcburiyyətində qalıb.

Rusiya-Türkiyə razılaşması pozulur: İran və Əsəd qüvvələri atəşkəsə məhəl qoymur

Əsəd rejimi və İrana bağlı qüvvələrin atəşkəsi pozmasına baxmayaraq atəşkəsin təminatçısı olan Rusiya səssizliyini davam etdirir.

İrana bağlı milislər də fəaliyyətini sürətlə həyata keçirir. Nubul, Əl-Zəhra, Kəfəriyə, Ək-Fuaddakı Fatmiyyum, Zeynəbiyyum və Hizbullah da Serakib istiqamətində qüvvələrini arıtırır. Cebelzavi bölgəsində də canlı qüvvələrin artırıldığı bildirilir. Livan Hizbullahı isə bölgədəki mövqelərini gücləndirib.

İrana bağlı milislərin türk ordusunun müşahidə məntəqəsi ətrafında fəallığı açıq görünür. Serakibdə türk müşahidə postu qarşısında görüntü verən “Əl Ridvan” qrupuna bağlı milislər çəkdikləri videonu sosial şəbəkələrdə paylaşıblar.

Rusiya-Türkiyə razılaşması pozulur: İran və Əsəd qüvvələri atəşkəsə məhəl qoymur

Bu arada bəlli olub ki, ABŞ tərəfindən öldürülən İran İnqilab Keçikşiləri Korpusunun “Qüds gücü” briqadasının generalı Qasım Süleymaninin postuna təyin olunan general İsmayıl Qəni İdlib-Hələb xəttini ziyarət edərək, türk əsgərlərinə qarşı savaşan Hizbullah və İran milisləri ilə görüşüb.

Türk təhlükəsizlik mənbələri “Yeni Şafaq” qəzetinə bildiriblər ki, Moskvada imzalanan atəşkəsə riayət olunması məsələsinə türk ordusu həssas yanaşır.

Qeyd olunur ki, bu günə qədər türk ordusu tərəfindən atəşkəs pozulmayıb, amma atəşkəsi pozanlara qarşı lazım gələrsə, güc tətbiq ediləcəyini hər kəs bilməlidir.

Bildirilir ki, Əsəd rejiminin atəşkəsi pozmaq cəhdləri Türkiyə tərəfindən izlənilir. Rusiyadan gözlənilən isə rejimin atəşkəsə riayət etməsini təmin etməkdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər