Putin protokol qaydaları pozur - Ərdoğana qarşı baş verənlər diplomatik etiketə sığmır - Fotolar
Tarix: 10-03-2020 19:04 | Bölmə: Slayd
Putin protokol qaydaları pozur - Ərdoğana qarşı baş verənlər diplomatik etiketə sığmır

Martın 5-də Türkiyə prezidenti Ərdoğanın Moskva səfəri zamanı Kremldə rusiyalı həmkarı Putinlə görüşərkən 1 dəqiqə 50 saniyə qəbulda gözlədilməsinin görüntüləri yayıldıqdan sonra məsələ ciddi müzakirə mövzusuna çevrilib.

Reyting.az
xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya telekanalında yayılan bu görüntüləri sayğısızlıq və “qara piar” kampaniyası adlandrıb.

Nazir deyib ki, Rusiya KİV-ni anlayır, amma öz daxillərində müxalifətdə olan şəxslərin bundan məmnun olmasını anlaya bilmir.

Putin protokol qaydaları pozur - Ərdoğana qarşı baş verənlər diplomatik etiketə sığmır

Nazir əlavə edib ki, Kremldə müəyyən edilən zalda görüş nəzərdə tutulur və hər iki lider fərqli yerlərdən görüşün keçiriləcəyi yerə gəlir: “Liderlərdən biri bir qapıdan, digəri başqa qapıdan daxil olur. Başqa sözlə, prezident Ərdoğan 1 dəqiqə gözlədisə, Putin də o biri tərəfdə 1 dəqiqə gözlədi. Çünki ortada görüşəcəklər. Rus mətbuatının etdiyi isə hörmətsizlikdir.

Putin də prezident Ərdoğana söyləmişdi ki, sizə edilən hörmətsizlik mənə edilən hörmətsizlikdir. Rusiya mətbuatının bunu şou halına gətirməsi doğru bir şey deyil. Rusiya tərəfi bunun onun işi olmadığını, mətbuatın səviyyəsinin aşağı olduğunu söylədi.

Amma bir reallıq var. Təəssüflər olsun ki, hansısa fikir ayrılığı olanda rus mətbuatı “qara piar” kampaniyasına başlayır. Biz belə kampaniya başladırıqmı?

Rusiya təyyarəsinin vurulmasından sonra çox ciddi “qara piar” kampaniyası həyata keçirdilər. Sonra nə oldu? Hamısını “yedilər”.

Putin protokol qaydaları pozur - Ərdoğana qarşı baş verənlər diplomatik etiketə sığmır

Siyasi təhlilçi, sabiq dövlət müşaviri Qabil Hüseynli isə hesab edir ki, protokol qaydasında Putin görüşün keçiriləcəyi yerə əvvəl gəlməli idi, çünki qonaq qəbul edirdi: “Amma prezident Ərdoğan əvvəl gəlir, Putin isə gecikir. Ümumiyyətlə, Putinin belə tədbirlərə gecikməsi “ənənə” halını alıb. Putin hətta “8”-lərin görüşünə də gecikib”.

Q. Hüseynlinin sözlərinə görə, psixoloqlar hesab edir ki, bu, Putin tərəfindən işlədilən siyasi gedişdir: “Bununla qarşı tərəfi əsəbləşdirib fikirlərini dağıtmaq, özünün psixoloji üstünlüyünü təmin etməyə çalışır. Əslində Kremldə Ərdoğan-Putin görüşünün Yekatrina zalında keçirilməsi, burada Yekatrinanın heykəlinin olması, Krım müharibəsini əks etdirən heykəlciyin tərəflərin əyləşdiyi masanın arxasında yerləşdirilməsi də uğurlu hərəkət deyildi və əvvəlcədən görüşün hansı zalda keçirilməsi razılaşdırılmalı idi”.

Putin protokol qaydaları pozur - Ərdoğana qarşı baş verənlər diplomatik etiketə sığmır

Q. Hüseynli qeyd edib ki, Kremlin 20-25 zalı var və bu zalların hamısı Rusiya imperiyasının müxtəlif məqamlarını özündə əks etdirir. Politoloqun fikrincə, görüşün Yekatrina zalında keçirilməsi də təsadüfi olmayıb və bununla Rusiya tərəfi psixoloji üstünlüyünü təmin etməyə çalışıb.

Q. Hüseynli bildirib ki, Rusiyanın bu addımlarını Türkiyə nümayəndə heyəti gec başa düşüb: “Bu, əvvəlcədən sezilsəydi Ərdoğan cəsarətli şəkildə görüşün başqa zalda keçirilməsini qaldıra bilərdi. Yəqin ki, ruslar alternativ zalda görüşü nəzərdə tuturmuşlar. Amma etiraz olmadığından danışıqlar həmin zalda keçirildi”.

Politoloq diqqətə çatdırıb ki, əslində Putin üçün protokol qaydaları yox dərəcəsindədir:

“Putin hər zaman gecikir. Məsələn, Merkellə görüşə 30 dəqiqə gecikmişdi. Hətta Münhen Beynəlxalq Təhlükəsizlik Konfransının sonunda liderlərin foto çəkdirmək mərasiminə də yubanmışdı. Odur ki, Kremldə baş verənləri Putinin qələbəsi kimi təqdim edə bilmirəm. Bu, diplomatik etiketə sığmayan hərəkətlərdir. Bu ədaların sonda Rusiyaya xeyir gətirəcəyi qənaətində deyiləm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər