Türkiyəyə qarşı gizli ittifaq yaradılır - Məxfi görüşlərin sirri açılır
Tarix: 11-03-2020 12:16 | Bölmə: Slayd
Türkiyəyə qarşı gizli ittifaq yaradılır - Məxfi görüşlərin sirri açılır

Liviyanın qiyamçı generalı Xəlifə Haftar yanvarın sonunda Dəməşqə gizli səfər edib. İddialara görə, general Haftar Dəməşqdə Bəşər Əsəd və rejimin digər rəsmiləri ilə bir araya gəlib, Türkiyəyə qarşı ittifaq qurmaq mövzusunda müzakirələr aparıb.

Misirin kəşfiyyat rəhbərinin də Haftardan öncə Dəməşqdə Əsəd rejimi ilə Türkiyəyə qarşı danışıqlar apardığı bildirilir.

Reyting.az
xəbər verir ki, bu iddialarla “Şark El Avsat” qəzeti çıxış edib.

İddia olunur ki, Haftar Dəməşqdə Əsəd rejiminin hərbi qanadı ilə görüşüb və Türkiyəyə qarşı əməkdaşlıq məsələsini müzakirə edib. Eyni zamanda Bəşər Əsədlə BMT tərəfindən tanın Liviyanın legitim hökumətinə qarşı hərbi və kəşfiyyat əməkdaşlığı haqda fikir mübadiləsi aparılıb.

Türkiyəyə qarşı gizli ittifaq yaradılır - Məxfi görüşlərin sirri açılır

Bəşər Əsəd və general Haftar görüşündə Əsəd ordusunun müəyyən hissəsinin Liviyaya göndərilməsi, Liviyadakı muzdlu döyüşçülərin silah-sursat ehtiyacının ödənilməsi də müzakirə olunub.

Qiyamçı Haftarın Suriyaya gizli səfərindən öncə Misirin Kəşfiyyat Xidmətinin rəhbəri Abbas Kamil və Bəşər Əsəd rejiminin Milli Təhlükəsizlik Xidmətinin rəisi Əli Məmlük Dəməşqdə görüşüblər. Bu görüşdə əsasən Dəməşq və “Kürdlər” kimi qələmə verilən PKK/YPG terror təşkilatının Türkiyəyə qarşı ittifaq qurması məsələsi müzakirə mövzusu olub.

Bəşər Əsəd-Xəlifə Haftar görüşündən sonra Haftra bağlı şəxslər Suriyaya dəfələrlə səfərlər edərək 46 protokol imzalayıblar. Ötən həftə isə Liviya legitim hökumətinin Dəməşqdəki səfirliyi Tripolinin icazəsi olmadan Haftara təslim edilib. Hətta qiyamçı Haftarın səfirliyinin açılışı mərasimində Suriya Xarici işlər nazirinin müavini Faysal Miktad da iştirak edib. O, çıxışı zamanı Türkiyəni hədəfə alıb.

Türkiyəyə qarşı gizli ittifaq yaradılır - Məxfi görüşlərin sirri açılır

Əlavə edək ki, bu arada Fransa prezidenti Emmanuel Makron Liviyanın qiyamçı generalı Haftarla ikinci dəfə görüşüb. Prezidentin ofisi bəyan edib ki, görüş 1 saat çəkib, Haftar Liviyada atəşkəsi imzalamağı qəbul edib, amma Liviya legitim hökumətinin atəşkəsi pozacağı təqdirdə cavab zərbələri endiriləcəyini də bildirib.

Maraqlıdır ki, Makron-Haftar görüşündə neft mövzusu da mzakirə edilib. Neft məsələsi xüsusilə əhəmiyyətlidir.

Makronun Türkiyə lideri Rəcəb Teyyub Ərdoğanla görüşündən əvvəl Haftarı qəbul etməsi isə xüsusi diqqət çəkir.

Türkiyəyə qarşı gizli ittifaq yaradılır - Məxfi görüşlərin sirri açılır

Almaniya Kansleri Angela Merkel də Xəlifə Haftarla görüşüb. Alman hökuməti bəyan edib ki, görüş zamanı Merkel Liviyada problemin hərbi yolla həllinin mümkün olmayacağını bildirib.

Onu da qeyd edək ki, Liviyanın şərqini nəzarətdə saxlayan qiyamçı general Xəlifə Haftarı Rusiya, Birləşmiş Ərəb Əmirliyi, Misir də dəstəkləyir. Son zamanlar Yunanıstan da Haftarla əlaqələrinə xüsusi yer verir.

Türkiyə isə Liviyanın BMT tərəfindən qəbul olunan milli birlik hökumətini dəstəkləyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər