Dünya koronavirusla mübarizə vasitələrini, Rusiya isə “S-500” kompleksini sınaqdan keçirir - Video
Tarix: 27-03-2020 11:42 | Bölmə: Slayd
Dünya koronavirusla mübarizə vasitələrini, Rusiya isə “S-500” kompleksini sınaqdan keçirir

Dünya koronavirus pandemiyası ilə mübarizə apardığı, buna qarşı vaksin hazırlamağa çalışdığı ərəfədə Rusiya yeni nəsil “S-500” raketdən müdafiə sisteminin fərqli komponentlərini sınaqdan keçirir.

Reyting.az
xəbər verir ki, “S-500” Prometey (OKR Triumfator-M) yeni nəsl hava hücumundan müdafiə sistemlərindən fərqlənir.

Xüsusiyyət baxımından “S-500” kompleksləri indiki “S-400” və onun rəqibi olan ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərindən güclü kompleks hesab olunur.

Dünya koronavirusla mübarizə vasitələrini, Rusiya isə “S-500” kompleksini sınaqdan keçirir

2007-2009-cu illərdə Rusiya Hava Qüvvələri Hava Müdafiə Raket birliklərinə komandanlıq etmiş Sergey Hatılev “S-500” komponetlərinin sınaq prosesini şərh edərkən deyib ki, hazırda buraxılış vasitələri raket və idarəetmə sistemləri üzərində işləyir: “Bu kompleksin tətbiqi ilə böyük yaşayış və inzibati mərkəzlər ölkənin hərbi-kosmik müdafiəsinin əsasını təşkil edəcək raketdən müdafiə ilə təmin olunacaq. Bütün aparıcı mütəxəssislər, o cümlədən qərb ekspertləri “S-500” sisteminin bənzərsiz olduğunu qeyd edirlər”.

Mütəxəssis əlavə edib ki, “S-500” həm aerodinamik, həm ballistik, həm də klassik raketlərə qarşı təsirlidir: “S-500” ballistik raketin uçuş yolunun üstündəki və ortasındakı hədəfləri məhv edir. “S-500” 600 kilometr məsafəyə sahibdir. Birbaşa orbitdə peyk sistemləri və ya peykləri məhv edə bilər. Bu sistemin digər xüsusiyyəti yüksək müdaxilə səviyyəsini azaltmaq qabiliyyətidir”.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}