“ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri xüsusi rejimdə işləyəcək
Tarix: 28-03-2020 11:49 | Bölmə: Slayd
“ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri xüsusi rejimdə işləyəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 29 mart 2020-ci ildən xüsusi iş rejimində davam etdiriləcək.

Reyting.az
-ın məlumatına görə, “ASAN Xidmət”dən bildiriblər ki, müvafiq rejimin tətbiqi koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlərlə əlaqədardır.

Bildirilir ki, dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 “Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək. Müraciətdə sorğu edilən xidmətin zəruri olması müəyyən edildikdə, vətəndaş aidiyyəti “ASAN Xidmət” mərkəzinə yönləndiriləcək və ya ona səyyar xidmət göstəriləcəkdir.

Vətəndaşları qəbul edəcək mərkəzlər və səyyar xidmət göstərəcək əməkdaşlar insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib.

Sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.

Bundan əlavə, vətəndaşlara “Elektron Hökumət” portalında (https://www.e-gov.az) mövcud olan elektron xidmətlərdən istifadə də tövsiyə edilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}