07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Rusiya ordusu İtaliyada koronavirusla mübarizə məntəqələri qurur - Foto
Tarix: 28-03-2020 13:04 | Bölmə: Slayd
Rusiya ordusu İtaliyada koronavirusla mübarizə məntəqələri qurur

Rusiya ordusu İtaliyada koronavirusla mübarizəyə dəstək verməyə başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.

Bəllli olub ki, Rusiyadan İtaliyaya göndərilən hərbi mütəxəssislər artıq Berqamo şəhərinə çatıblar və italiyalı mütəxəssislərlə birlikdə koronavirusla mübarizə çərçivəsində məntəqələr qurublar.

“Berqamoda polimeraz zəncirvari reaksiya və gnotipləmə laboratoriyası, dezinfeksiya üçün xüsusi avadanlıq məntəqələri quruldu”, - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib.

Əlavə edək ki, 22 hərbi avtomobil konvoyundakı rus hərbi mütəxəssislər və italiyalı məsləkdaşları bu şəhərdə İtaliya-Rusiya koronavirusla mübarizə mərkəzini quracaq.

Rusiya ordusu İtaliyada koronavirusla mübarizə məntəqələri qurur

Bu arada aydın olub ki, rus hərbi mütəxəssisləri Berqamo şəhərində xəstələrin müalicə edildiyi məntəqələrdə də olub və araşdırmalar aparıblar.

Məlumata görə, Rusiyadan İtaliyanın Berqamo şəhərinə dəstək məqsədilə göndərilən hərbi karvanda mütəxəssislərlə yanaşı mobil analiz və diaqnoz kompleksi, dezinfeksiyaedici səyyar dezinfeksiya vasitələri, koronavirus epidemiyasından əziyyət çəkən ağır xəstələr üçün xüsusi avadanlıqlar var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}